TOP 10

Maqnus Karlsen Şəmkirdə futbol turnirinin qalibi oldu

Şahmat
Tarix: 2018-04-25 15:16

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2018 superturnirinin iştirakçıları və təşkilatçılar arasında futbol turniri keçirilib. Sport24.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəmkir Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 4 komanda mübarizə aparıb.

Azərbaycan və xarici şahmatçılardan ibarət komandalarla yanaşı yarışda həmçinin Shamkir Chess 2018 superturnirinin təşkilatçılarından formalaşan iki kollektiv çıxış edib. 


Final oyununda Azərbaycan və heyətində xarici şahmatçıların çıxış etdiyi "Dünya yığma"sı üz-üzə gəlib. Maraqlı anlarla yadda qalan həlledici görüş "Dünya yığma"sının 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Maraqlıdı ki, "Dünya yığma"sının turnirdə bütün qollarını Maqnus Karlsen vurub. Ümumilikdə, norveçli şahmatçı 6 qolla yarışın bombardiri olub.


Sonda qalib komanda kubokla mükafatlandırılıb.
 

19 Noyabr 2018
18 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB