TOP 10

Gimnastlarımız “AGF Junior Trophy” yarışını medallarla başa vurdu

Gimnastika
Tarix: 2018-04-24 17:04

Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “AGF Junior Trophy” yarışı öz işinə yekun vurdu. Sport24.az xəbər verir ki, Bakıda məhz gənclər arasında baş tutan ilk beynəlxalq turnirin ikinci günü gimnastlar ayrı-ayrı alətlər üzrə finallarda mübarizə aparıblar.

Mümkün 4 finalın hər birinə vəsiqə qazanan millimizin üzvləri turniri 3 medalla yekunlaşdırıblar.


Fərdi finallarda Dərya Farşbafşəhriyarinin halqa ilə çıxışının 15.600 xalla dəyərləndirilməsi gimnastımıza bürünc medal qazandırıb.


Komandamızın hesabına yazılmış növbəti medalın sahibəsi isə Nərminə Səmədova olub. Gənc gimnastımız top ilə hərəkətlərə görə 16.050 xal alıb və fəxri kürsüdə yalnız Rusiya idmançısından geri qalaraq, ikinci pillədə qərar tutub.


Günün sonuncu medalı isə Arzu Cəlilovadan gəlib. Gimnastımız lent ilə çıxışına görə bütün rəqiblərini üstələyərək, 15.850 xalla turnirin qızıl medalına sahiblənib.


Xatırladaq ki, 27-29 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku start götürəcək. Ölkəmiz bu yarışlarda həm fərdi, həm də qrup hərəkətləri proqramında təmsil olunacaq.

23 May 2018
22 May 2018
B.eÇ.aÇC.aCŞB