TOP 10

Daha üç boksçumuz 1/4 finalda dayandı

Boks
Tarix: 2018-04-24 13:02

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir. Sport24.az xəbər verir ki, yarışın beşinci günündə Azərbaycan millisinin daha 3 idmançısı növbəti döyüşünə çıxıb. Onlar yarımfinala gedən yolda mübarizəni dayandırıblar.


1/4 final çərçivəsində keçirilən döyüşlərdə Maqsud Xasmetovla (49 kq) İsmayıl Yaqubov (91 kq) rusiyalı, Səbuhi Abışov (64 kq) danimarkalı boksçuya məğlub olub.


Beləliklə, 1/4 final qarşılaşmaları başa çatdığından, birinciliyin yarımfinalçıların adları müəyyənləşib. Bu mərhələdə ölkəmizin 2 boksçusu mübarizə aparacaq. Nurlan Səfərov (60 kq) hollandiyalı van Peer Casla, Nicat Həsənov (69 kq) şotlandiyalı Samuel Hikki ilə qüvvəsini sınayacaq.


Qeyd edək ki, yarımfinal döyüşləri bu gün, final qarşılaşmaları aprelin 25-də olacaq.
 

26 May 2018
25 May 2018
B.eÇ.aÇC.aCŞB