TOP 10

Həşimovun xatirə turniri: Şahmatçılarımız günü heç-heçə ilə başa vurdular

Şahmat
Tarix: 2018-04-23 20:14

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə keçirilən Shamkir Chess 2018 superturnirində bu gün 5-ci turun görüşləri keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan şahmatçılarının hamısı turu heç-heçə ilə başa vurub.

Teymur Rəcəbov çinli Dinq Lirenlə, Şəhriyar Məmmədyarov hollandiyalı Aniş Giriylə, Rauf Məmmədov isə rusiyalı Sergey Karyakinlə xalları yarı bölüb.


Dünya çempionu Maqnus Karlsen Radoslav Voytaşekə, Veselin Topalov isə David Navaraya qalib gəlib.


Shamkir Chess 2018
4-cü tur

23 aprel


Dinq Liren (Çin) - Teymur Rəcəbov (Azərbaycan) - 0.5:0.5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Aniş Giri (Hollandiya) - 0,5:0,5
Rauf Məmmədov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0.5:0.5
Maqnus Karlsen (Norveç) - Radoslav Voytaşek (Polşa) - 1:0
David Navara (Çexiya) - Veselin Topalov (Bolqarıstan) - 0:1


Turnir cədvəli: Veselin Topalov – 3,5. Maqnus Karlsen – 3,0. Dinq Liren, Teymur Rəcəbov, Aniş Giri, Rauf Məmmədov, Sergey Karyakin – 2,5. Şəhriyar Məmmədyarov, Radoslav Voytaşek, David Navara – 2,0. 

25 Sentyabr 2018
24 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB