TOP 10

Milli komandalarımız Qazaxıstanla qarşılaşacaq

Futbol
Tarix: 2018-04-16 16:12

Futbol üzrə Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib. Sport24.az xəbər verir ki, AFFA ilə Qazaxıstan Futbol Federasiyası arasında əldə olunmuş razılığa əsasən, iyunun 5-də Astana şəhərində Qazaxıstan və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.


Bu razılaşma çərçivəsində milli komandaların oyunundan 1 gün əvvəl – iyunun 4-də, Astanada Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcək.


U-21-lərin oyunu Bakı vaxtı ilə saat 17:00-da, milli komandaların qarşılaşması isə saat 22:00-da başlayacaq.
 

18 Iyul 2018
17 Iyul 2018
B.eÇ.aÇC.aCŞB