TOP 10

Turun "Ən"ləri-23: Debütündə qəhrəman, tilsimi darmadağınla qıran

Futbol
Tarix: 2018-04-16 15:32

Topaz Premyer Liqasında (TPL) XXIII tur arxada qaldı. Sport24.az ilk turdan başladığı “Turun “ƏNLƏR”i rubrikasını davam etdirir.

 

Son turda oxuculara yenə də “Simvolik yığma”yla yanaşı, “Turun Qəhrəman”ı və “Antiqəhrəman”ı, habelə “Turun komandası”nı və baş məşqçisini təqdim edəcəyik. Çempionatın startından bəri bütün oyunları stadionlardan izləyən saytımızın əməkdaşlarının budəfəki seçimini diqqətinizə çatdırırıq.

 

"Simvolik yığma"

Qapıçı:  Elxan Əhmədov ("Səbail")

 

Müdafiəçilər: Anton Krivotsyuk ("Neftçi", 2) - Bəhlul Mustafazadə ("Sumqayıt", 2) - Rəşad Sadıqov ("Qarabağ", 9) - İlqar Qurbanov ("Qəbələ")

 

Yarımmüdafiəçilər: İqnasio Herrera ("Neftçi"", 4) - Soni Mustivar ("Neftçi") - Yevgeni Koçuk ("Səbail, 4") - Ehtiram Şahverdiyev ("Sumqayıt", 2)

 

Hücumçular: Ramil Şeydayev ("Qarabağ"), Fəhmin Muradbəyli ("Səbail", 2)

 

Qeyd: Mötərizədə futbolçunun / məşqçinin / komandanın seçilmişlər sırasına neçə dəfə düşdüyü göstərilib.

 

Turun BAŞ MƏŞQÇİsi  - Samir Əliyev ("Səbail", 2)

"Səbail" cari çempionatın ikinci yarısında "Qəbələ" üçün əsl başağrısı oldu. Samir Əliyev yetirmələrini çempionluğa oynayan bir komandayla qış fasiləsindən sonrakı matçlara əsl motivasiya edə bildi. "Bayıl Arena"da rəqibini 2:1 hesabıyla məğlub edən debütant az qala səfərdə də qələbə qazanacaqdı. Hər halda, meydan sahibləri yalnız son dəqiqələrdə məğlubiyyətdən xilas ola bildi. "Qəbələ"nin uzun müddət rəqibinin qapısına yol tapmamasında Əliyevin "çərçivədə"ki seçimi də böyük rol oynadı. O, təcrübəli Emil Balayevə yox, təcrübəsiz Elxan Əhmədova qapıda yer verdi ki, sonuncu baş məşqçisinin etimadını doğrultdu. İstəniıən halda, bu 1 xalı da "Səbail" üşün Qəbələ səfərindən uğurlu saymaq olar. Bu nəticəylə tura damğasını vuran 39 yaşlı Əliyev üçün heç-heçəni də ad gününə hədiyyə saymaq olar.

 

Turun QƏHRƏMANı - Elxan Əhmədov ("Səbail")

Klubununun heyətində Premyer Liqada ilk oyununa çıxasan, debütündəcə turun qəhrəmanı seçiləsən! Buna "Səbail"in ehtiyat qapıçısı Elxan Əhmədov nail oldu. Bunadək komandasında yalnız ölkə kubokunda oynayan 25 yaşlı Əhmədov "Qəbələ"ylə çətin səfər matçında şans qazandı. Rəqib onun qapısına yol tapmaq üçün 82 dəqiqə əziyyət çəkməli oldu. Belə inamlı debütdən sonra Emil Balayevin həmişə əsas heyətdə yer alacağını demək olmur.

 

Turun ANTİQƏHRƏMANı - Yani Urdinov ("Zirə")

"Zirə"nin qış fasiləsində Çexiyanın "Bohemians" klubundan icarəyə götürdüyü sol cinah müdafiəçisi Yani Urdinov ümidləri doğrultmur. Makedoniya yığmasının 27 yaşlı üzvü son turda "Neftçi"ylə Zirədəki matçda nəinki zəif təsir bağışladı, 51-ci dəqiqədə ikinci sarı vərəqəyə görə meydandan qovulmaqla komandasını çətin vəziyyətdə qoydu. Həmin vaxt hesabda 0:1 geridə olan "Zirə" bundan sonra say üstünlüyündə də geri düşdü və daha çətin vəziyyətlə üzləşdi. "Neftçi" uzatma dəqiqələrində 2 qol vuraraq "Zirə" sindromunu darmadağınla qırdı. Bu ağır məğlubiyyətin əsas baiskarlarından olan Urdinov eyni zamanda turun antiqəhrəmanı oldu.

 

Turun KOMANDAsı - ("Neftçi", 4)

"Neftçi" həm Premyer Liqada, həm də ölkə kubokunda uğurlu çıxışını davam etdirir. "Ağ-qaralar" son turda böyük səs-küy doğuran nəticəyə imza atdılar. Bu, "Zirə"ni səfərdə 0:3 hesabıyla yenməkdi. Söhbət təkcə zirəlilərin öz meydanında nadir hallarda böyük hesabla uduzmasından getmir. Məsələ ondadı ki, "Neftçi" ardıcıl 3-cü mövsümdü TPL-də iştirak edən "Zirə"ni nəhayət, çempionatda yendi. Bunun üçün 12 matç gözləmək lazım gəldi.   

18 Iyul 2018
17 Iyul 2018
B.eÇ.aÇC.aCŞB