TOP 10

Sadiqov ilə Errera hamıdan öndə

Futbol
Tarix: 2018-04-16 13:48

Topaz Premyer Liqasında 23-cü turun “Zirə” – “Neftçi” matçı qonaqların iki futbolçusu – Rəşad Sadiqov və İqnasio Errera üçün daha da əlamətdar olub. Sport24.az xəbər verir ki, zirəlilərin qapısına hərəyə bir dəfə yol tapan futbolçular “Neftçi”nin heyətində Azərbaycan çempionatlarında 11-ci qollarını vurublar.

Bu göstəriciyə görə onlar hazırda “ağ-qaralar”ın şərəfini qoruyan futbolçular arasında hamıdan öndədilər. 


Cəza səbəbindən “Zirə” ilə oyunu buraxan Ruslan Abışov və həmin matçda fərqlənən Rəhman Hacıyev isə “Neftçi” formasında Premyer Liqada 10 qola seviniblər.
 

18 Iyul 2018
17 Iyul 2018
B.eÇ.aÇC.aCŞB