TOP 10

İsayev aldığı qırmızı vərəqəyə görə Maksimovdan irad eşitməyib: "Dedi ki, ciddi bir şey baş verməyib, olan şeydi"

Futbol
Tarix: 2018-04-16 00:16

"Bu matç ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşünə hazırlıq xarakteri daşıyırdı. Bir çox futbolçumuz çıxış etmirdi. Buna baxmayaraq, deyərdim ki, pis çıxış etmədik, yaxşı oynadıq. Çalışacağıq ki, aprelin 18-də keçirəcəyimiz qarşılaşmada da belə oynayaraq, mərhələni keçək". Sport24.az xəbər verir ki, bunu "Keşlə"nin futbolçusu Məqsəd İsayev səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XXIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

 

Komandasının yeganə qolunun müəlifi olan 24 yaşlı müdafiəçi bildirib ki, yenilmələrinə baxmayaraq, pis çıxış etməyiblər: "Bu matç "Sumqayıt"a da çox vacib idi. Düşünürəm ki, pis oynamadıq. Məğlub olsaq da, həvəsdən düşmürük. Bu, bizə bir dərs oldu. Cavab görüşündə də qalib gələrək, finala yüksələrik".

 

İsayev oyundan sonra baş məşqçi Yuri Maksimovun onlara irad tutmadığını da vurğulayıb: "Paltardəyişmə otağında baş məşqçimiz Yuri Maksimov dedi ki, ciddi bir şey baş verməyib, olan şeydi. Əsas məsələ kubokdu. Cavab görüşünə hazırlaşaraq mərhələni keçən biz olarıq. Həvəsdən düşməyin, olan şeydi".

 

Sonda cinah oyunçusu 81-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq, meydandan qovulmasına münasibət bildirib: "Oyunboyu iki dəfə qaydanı pozdum. Hər ikisində baş hakim mənə sarı vərəqə göstərdi. Çox məyus oldum".

 

Qeyd edək ki, Azərbaycan Kubokunun ilk yarımfinal görüşündə "Keşlə" "Sumqayıt"ı 1:0 hesabı ilə yenib.

16 Iyul 2018
15 Iyul 2018
B.eÇ.aÇC.aCŞB