TOP 10

Mahmudov indiki heyəti Avroliqaya çıxmağa qadir sayır: "Deməzdim ki, "Zirə"nin baş məşqçisinin qovulmasının elə bir təsiri oldu"

Futbol
Tarix: 2018-04-16 00:20

"Neftçi"nin futbolçusu Emin Mahmudov Topaz Premyer Liqasının XXIII turunda "Zirə"ni səfərdə 3:0 hesabıyla yendikləri matçdan sonra Sport24.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. Yarımmüdafiəçi əvvəlcə qarşılaşma haqda düşüncələrini bölüşüb. 

 

- “Neftçi” “Zirə”yə qalib gələ bilmirdi. Oyunun çətin keçəcəyini bilirdik. Matçın əvvəlində hesabı açdıq və bundan sonra müdafiədən oynamağa başladıq. Adətən burada ötürmələrlə çox oynayarkən məğlub olurduq. Ancaq bu dəfə fərqli sistemdə oynayaraq qələbə qazanmağı bacardıq. Buna görə də çox xoşbəxtəm.

 

- Matçın qırılma nöqtəsi hansı idi? “Zirə”nin baş məşqçisinin qovulması, yoxsa 2-ci qol?

- Təbii ki, qırmızı vərəqədən sonra rəqib boşluqlar verincə, oynamaq daha da asanlaşdı. Çoxlu epizodlar yaratdıq, daha çox fərqlənə bilərdik. Futbolçunun meydandan qovulması daha çox təsir edir, nəinki məşqçinin qovulması. Ona görə də deməzdim ki, rəqibin baş məşqçisinin qovulmasının elə bir təsiri oldu.

 

- Qarşıda “Qəbələ” ilə kubok matçı var və 3 gündən bir oyuna çıxmaq yorğunluğa səbəb olur. Bu haqda nə düşünürsən?

- Rotasiya üçün heyətimiz zəngindi. Düşünmürəm ki, bugünkü yorğunluğun bizə çox təsiri olsun. Tezliklə bərpa olunub finala vəsiqə qazanmaq üçün döyüşəcəyik.

 

- İki cəbhədə mübarizə aparmaq sizə çətinlik yaratmır ki?

- Çətinlik yaratdığını düşünmürəm, çünki dediyim kimi, heyətimiz genişdi. Çoxlu futbolçuya sahibik, xüsusilə Soni Mustivarı qeyd edərdim. Onun gəlişi ilə mərkəzdə rotasiya etmək imkanlarımız çoxalıb. Avroliqaya vəsiqə üçün cəmi 2 oyunumuz qalıb və “Qəbələ”ni keçəcəyimiz təqdirdə 1 oyun qalacaq. Məncə, bu heyət buna qadirdi.

16 Iyul 2018
15 Iyul 2018
B.eÇ.aÇC.aCŞB