TOP 10

Zirədə qalmaqal: Azarkeşlər istefa istədi, Ayxan Abbasov qovuldu

Futbol
Tarix: 2018-04-15 21:09

Azərbaycan Premyer Liqasının 23-cü turunda Zirə Neftçini qəbul edib. Sport24.az xəbər verir ki, oyunun son dəqiqələrində yerli azarkeşlər komandanın son oyunlarda uğursuz nəticələrinə etiraz olaraq baş məşqçi Ayxan Abbasovu istefaya səsləyiblər.


Abbasov isə bu vaxt azarkeşlərlə mübahisə edib. Baş məşqçi azarkeşlərə hirsini su qabları yığılan xüsusi yeşiyə təpik vurmaqla çıxıb. Bu epizod baş hakim Rəhim Həsənovun gözündən yayınmayıb və o, Abbasovu tribunaya göndərib.


Bundan sonra fanatlar daha da əsəbləşərək, "Ayxan, rədd ol" qışqırmağa başlayıblar. Bu vaxt "Zirə"nin futbolçuları fanatları sakit olmağa çağırıblr.


Maraqlıdı ki, zirəli azarkeşlərin istefa çağırışlarına "Neftçi" tərəfdarları da qoşularaq, “Ayxan istefa” şüarı səsləndirməyə başlayıblar.


“Zirə” rəhbərliyinin məsələyə müdaxiləsindən sonra polislər “istefa” şüarı səsləndirən yerli fanatları tribunadan uzaqlaşdırıblar.


Qeyd edək ki, bu qarşılaşmada “Neftçi” 3:0 hesabıyla qalib gəlib.
 

16 Iyul 2018
15 Iyul 2018
B.eÇ.aÇC.aCŞB