TOP 10

Sport24.az-dan bir ilk: Samir Əliyevə tort kimi şirinlik bəxş etdik

Futbol
Tarix: 2018-04-15 20:00

Sport24.az bir ilkə imza atmaq qərarına gəldi. Gənc ve istedadlı mütəxəssis Samir Əliyevi saytımız adından təbrik etdik.

 

Doğrudu, "Qəbələ" "Səbail"in baş məşqçisini yarımçıq da olsa, 1 xalla sevindirdi. Ancaq biz dunən doğum gününü qeyd edən Samir bəyə bu tort kimi şirinlik bəxş etmək qərarı verdik. "Qəbələ" ilə oyundan sonra keçirilən mətbuat konfransında "Səbail"in 39 yaşı tamam olan baş məşqçisini tortla təbrik etdik, ona uğurlar, həyatının bu tort kimi şirin olmasını arzuladıq. O da öz növbəsində bu xoş sürprizə, ən əsası, diqqətə görə bizlərə dərin minnətdarlığını bildirdi. 

 

Həm səbəbkarın, həm də satytımızın adı eyni hərflə başlayır. Tortun üzərində S hərfinin yanında yazdırdığımız 24 və 39 rəqəmlərinin açması belədi - Sport24 və baş məşqçinin tamam olduğu 39 yaşı.

 

MEHMAN SÜLEYMANOV, Qəbələ

16 Iyul 2018
15 Iyul 2018
B.eÇ.aÇC.aCŞB