TOP 10

AFFA və "Neftçi" Qurban Qurbanovu təbrik etdi

Futbol
Tarix: 2018-04-13 16:31

Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun doğum günüdü. Sport24.az xəbər verir ki, AFFA və "Neftçi" eyni zamanda "Qarabağ"ı çalışdıran təcrübəli mütəxəssisi ad günü münasibətilə təbrik edib, ona işlərində uğurlar arzulayıb. 

1972-ci ildə dünyaya gəlmiş sabiq hücumçu 1996-1998, 2001-2005-ci illər ərzində “Neftçi” formasında 96 oyun keçirib, 69 qol vurub. “Neftçi”nin heyətində Azərbaycan çempionatının (1997, 2004, 2005) və ölkə kubokunun (2004) qalibi adını qazanmış Qurbanov 1997-ci ildə Azərbaycan çempionatının ən yaxşı bombardiri olub. O, 1992-2005-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 65 oyunda 14 qol vurub. 2006/2007-ci illər mövsümündə “Neftçi”nin baş məşqçisi olmuş Qurban Qurbanov 2007-2008-ci illərdə klubun idman direktoru vəzifəsində çalışıb.

 

Təbrikə Sport24.az kollektivi də qoşulur. Ad gününüz mübarək, Qurban müəllim!

18 Iyul 2018
17 Iyul 2018
B.eÇ.aÇC.aCŞB