TOP 10

“Mənim üçün maddi problem yoxdur” - Meza Kolli şansları bərabər sayır

Futbol
Tarix: 2018-04-13 13:22

“Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kolli Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri ilk oyunla bağlı sport24.az saytının suallarını cavablandırıb:


- "Sumqayıt" üzərində kubokun ilk oyununda qələbə qazandınız...
- Çox çətin matç oldu. Amma komandamız yaxşı futbol göstərə bildi. Bu cür davam etməliyik. Buna ümid edirəm. Hələ bizi qarşıda daha bir 90 dəqiqə gözləyir. Heç nə bitməyib. 


- Cərimə zərbəsindən yaxşı qol vurdun. Səncə, həmin epizodda qapıçının səhvi var idi?
- O epizoda yenidən baxmaq lazımdı. Bundan sonra demək olar ki, qapıçı səhv etdi və ya zərbə çox çətin idi.


- "Sumqayıt" 2018-ci ildə ilk məğlubiyyətini sizdən aldı...
- Bu statistikanı bilmirdim. Sadəcə düşünürəm ki, komandamız çox yaxşı oynadı. Hətta başqa bir neçə qol epizodumuz da oldu. Sadəcə, yararlana bilmədik. Sonda istəyimizə cərimə zərbəsindən nail olduq. Cavab oyununu gözləmək lazımdı.


- Cavab oyunu öncəsi özünüzü daha şansı sayırsız?
- Şanslar 50-50-yədi. Qələbə qazansaq da, özümüzü üstün saymıram. Düşünürəm ki, biz kubokda növbəti mərhələni Sumqayıtdakı oyunda keçəcəyik. 1 qol vurmamış kimi oynamalıyıq.


- "Sumqayıt"la 2 gün sonra daha bir oyununuz var. Kubokdakı qələbə həmin qarşılaşmaya təsir edəcək?
- Çox çətin qarşılaşma bizi gözləyir. Yəqin ki, daha gərgin matç keçəcək. Təəssüf ki, həmin oyunu buraxacam. 


- Dünənki matçdan sonra baş məşqçiniz Yuri Maksimov dedi ki, komandada maddi problemlər var...
- Baş məşqçinin fikirlərinə şərh verə bilmərəm. 


- Doğrudanmı maddi problemləriniz var?
- Mənim üçün heç bir maddi çətinlik yoxdu.

16 Iyul 2018
15 Iyul 2018
B.eÇ.aÇC.aCŞB