TOP 10

Rəşad Sadiqova finaldakı rəqib fərq etmir: "İnanmıram ki, "Qəbələ"yə bir də 0:8 hesabıyla məğlub olaq"

Futbol
Tarix: 2018-04-13 11:22

"Neftçi"nin futbolçusu Rəşad Sadiqov Azərbaycan Kubokunda "Qəbələ"lə səfərdə 2:1 hesabıyla qalib gəldikləri ilk yarımfinal matçından sonra müsahibə verib. Əsas kapitan Ruslan Abışovun yoxluğunda sarğını daşıyan təcrübəli yarımmüdafiəçi Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb. 

 

- Çox maraqlı bir qarşılaşma oldu. Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Açıq futbol nümayiş etdirdik. Düşünürəm ki, layiqli qələbə qazandıq.

 

- Cavab qarşılaşmasından nə gözləyirsən?

- Hal-hazırda vəziyyət tam fərqlidi. Düşünürəm ki, səfərdə oynamaq dogma meydanda çıxış etməkdən daha rahatdı. Çünki azarkeşlərin önündə çox istəkli olursan və daim qələbə qazanmağa çalışırsan. Bu da futbolçularda psixoloji gərginlik yaradır.  Yenə də çalışacağıq ki, layiqli qələbə qazanaq və finala çıxaq.

 

- Rəqibin kapitanı Cavid Hüseynov "Neftçi"yə 8:0 hesabıyla qalib gəldikləri oyunu xatırlatdı. Bu, haqda nə düşünürsən?

- Həmin matçda mən də olmuşam. Bəzən olur ki, məğlub olursan. Belə hallar yaşanır. O vaxt  “Qarabağ” da AZAL-a 2:6 hesabıyla məğlub olmuşdu. Lakin indi həmin vaxt deyil. Heyətimiz, rəhbərlik və baş məşqçimiz dəyişib. İnanmıram ki, bir də o hesabla məğlub olaq. Düzdür, bu, futboldu, hər şey ola bilər. Lakin çox inkişaf etmişik.

 

- “Qəbələ”dən ayrılıb “Neftçi”yə gəldiyin zamandan keçmiş komandana qarşı yaxşı təsir bağışlayırsan. Onlara qarşı xüsusi motivasiya ilə oynayırsan?

- Xeyr. “Qəbələ” mənə dogma olan bir komandadı. Onlarla iki dəfə Avroliqanın qrup mərhələsində çıxış etmişəm. Azərbaycan çempionatındakı bütün klublara qarşı eyni cür hazırlaşıram.

 

- Qəbələyə gəldiyin zaman komandanın qarşısına hansı məqsəd qoyulmuşdu?

- Düzünü desəm, baş məşqçi bura yalnız qələbə üçün gəldiyimizi bildirmişdi. Qəbələyə heç-heçə üçün gəlməmişdik. Çünki bu məqsədlə gələn komanda hər zaman məğlub olur.  Hər bir oyuna yalnız qələbə üçün çıxırıq.

 

- Premyer Liqadan gözləntiləriniz nədi?

Çalışırıq ki, ilk "4-lük"də yer alaq. Çünki kubokda bir oyunda hər şey əldən çıxa bilər və mübarizədən kənarda qala bilərik. Bunun üçün də çempionata ciddi yanaşırıq. Düzdü, kubok da bir tituldu. Hər iki turnirdə əlimizdən gələni edirik.

 

- Oyun 2:0 bitsəydi, komandaya necə təsir edəcəyini düşünürsən?

- Düşünürəm ki, 2:0-la 2:1-in heç bir fərqi yoxdu. Çünki onlar yenə də 2 qol vurmalıdı. Ancaq biz müdafiədə oturub qalmamalıyıq. Hücum futbolu oynayan bir kollektivik. Çalışacağıq ki, baxımlı oyun alınsın.

 

- Digər yarımfinalda “Keşlə” dogma meydanda 1:0 hesabıyla qalib gəldi. Səncə, finalda kimlər olacaq?

- Bu haqda əvvəldən heç nə demək olmaz. Çünki, futboldu, hər şey ola bilər. Çalışırıq ki, özümüz finala vəsiqə qazanaq. Rəqibimizin kimin olması bizə fərq etmir.

 

 

16 Iyul 2018
15 Iyul 2018
B.eÇ.aÇC.aCŞB