TOP 10

Cavid Hüseynov "Qəbələ" azarkeşləri qarşısında baş əydi: "Neftçi"yə çoxlu qollar vurmuşuq - 8,4,3..."

Futbol
Tarix: 2018-04-13 10:54

"Qəbələ"nin kapitanı Cavid Hüseynov Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Neftçi"yə evdə 1:2 hesabıyla məğlub olduqları matçdan sonra Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşına müsahibə verib. Təcrübəli yarımmüdafiəçi öncə görüş haqda düşüncələrini bölüşüb.

 

- Oyunun çətin keçəcəyini bilirdik. Çünki kubok mübarizəsidi. Əsas məqsədimiz evdə top buraxmamaq və daha çox qol vurmaq idi. Lakin hər şey tərsinə oldu. Öz səhvlərimizdən iki top buraxdıq. Bu da normaldı, çünki hər insan səhv edir. Matçın sonunadək toparlanmağa çalışsaq da, yalnız bir qol vurmağa gücümüz çatdı.

 

- Qol buraxmamışdan öncə daha yaxşı oyun göstərirdiniz. Qismət Alıyevin kobud səhvindən sonra hər şey sanki qırıldı...

- Bu matça çox yaxşı hazırlaşmışdıq. Futbolçularımızla məşqdə də razılaşmışdıq ki, çempionatdakı uğursuzluğu kubok matçlarında yaşamayaq. Lakin nə etmək olar ki, hər şey fərqli cərəyan etdi. Qismət də səhv etdi, bu oyundu. Səhvlər olmağı normaldı. Bütün komanda onun yanındadır və dəstəkdi.

 

- Söz-söhbətlər gəzir ki, “Qəbələ”də maaş problemi var. Bu, doğrudur ?

- Xeyir, qətiyyən belə bir şey yoxdu. Hətta deyərdim ki, belə rəhbərlik heç bir yedə yoxdu. Çünki bütün olanlara baxmayaraq, bizə həmişə dəstəkdirlər. Həm maddi, həm də mənəvi olaraq. Sadəcə, "qara zolaq"dan çıxa bilmirik. Öz azarkeşlərimizə də dərin təşəkkürümü bildirirəm. Evdə məğlub olsaq da, bizə sona qədər dəstək olurlar. Onların qarşısında baş əyirəm.

 

- Bu məğlubiyyətdən sonra cavab matçında vəziyyətin dəyişəcəyinə ümid edirsənmi?

- Əlbəttə, bu, realdı. Ancaq yaxşı şəkildə hazırlaşmaq lazımdı. Çünki, belə olmasa, Bakıya getməyin mənası yoxdu. Həm də son günlərdə futbolda yaşananları görürsünüz. Hər şey mümkündü.

 

- Özünüzü “Yuventus”la muqayisə edirsən...

- (gülür) Yox. Onlarla muqayisə etmək istəmirəm. Ümimiyyətlə, hər şey mümkündü. "Neftçi"yə çoxlu qollar vurmuşuq - 8,4,3...Neçə qolun olmasının aidiyyatı yoxdu. Özümüzə inanırıq ki, orda qələbə qazanıb mərhələni keçən biz olacayıq.

 

- Çempionatda uğursuz çıxıışlarınızın ardından, kubokda da məğlub oldunuz. Bunu nəylə əlaqələndirmək olar? Motivasiyanız yoxdu?

- Motivasiya var, çox istəkliyik. Sadəcə, bir qol qapımızda gördük, ardınca ikinci qolu da buraxdıqdan sonra sanki ruh düşkünlüyü yarandı. "Qara zolaq"dan çıxmağımıza bir oyun lazımdı. Səfər matçında ilk 15 dəqiqə ərzində qol vursaq, ardını gətirmək olacaq.

 

CEYHUN ƏLİYEV, Qəbələ

18 Iyul 2018
17 Iyul 2018
B.eÇ.aÇC.aCŞB