TOP 10

Ayovada AGF-in beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib

Güləş
Tarix: 2018-04-07 12:59

7-8 aprel 2018-ci il tarixdə ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək. Sport24.az xəbər verir ki, Dünya Kubokunda iştirak etmək üçün ABŞ-ın Ayova şəhərində rəsmi səfərdə olan Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Firdovsi Umudov, baş katib Orxan Məmmədov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Qurbanov burada bir sıra görüşlər keçirib. 
 

 

Olimpiya Oyunlarının bürünc medalçısı və ikiqat Dünya çempionu Terry Brandsın Dünya Kubokunda işitirak edən komanda nümayəndələrinin şərəfinə təşkil etdiyi ziyafət çərçivəsində AGF nümayəndə heyəti Dünya Güləş Birliyinin İdarə Heyətinin üzvü, Braziliya Güləş Federasiyasının prezidenti Pedro Qama Filho, ABŞ Güləş Federasiyasının icraçı direktoru Rich Bender, Ayova şəhərinin Prezidenti Joshua Schamberger ilə görüşüb. 
 

Görüş zamanı qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilib, Azərbaycan güləşçilərinin nailiyyətlərindən söz açılıb. Azərbaycan Güləş Federasiyasının dünyada güləşin inkişafında və təbliğindəki fəaliyyətini yüksək qiymətləndirən DGB və ABŞ rəsmiləri Dünya Kubokunda komandamıza uğurlar arzulayıb. 
 

Umudov öz növbəsində ABŞ nümayəndələrinə yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkür edib. Federasiyalarımız arasındakı əlaqələrdən məmnunluğunu bildirən vitse-prezident qarşılıqlı əlaqələrimizin gələcəkdə də yüksək səviyyədə davam edəcəyinə əminliyini bildirib. 

 

23 May 2018
22 May 2018
B.eÇ.aÇC.aCŞB