TOP 10

Güləşçilərimiz Ayovada ilk məşqinə çıxdı - VİDEO

Güləş
Tarix: 2018-04-05 23:40

7-8 aprel 2018-ci il tarixdə ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək. Sport24.az xəbər verir ki, Dünya Kubokunda iştirak edəcək sərbəst güləş üzrə Azərbaycan millisi ötən gün yarışın keçiriləcəyi ABŞ-a çatıb. Komandamız bu gün mötəbər yarışa ev sahibliyi edən Ayova şəhərində ilk məşqinə çıxıb.


Baş məşqçi Firdovsi Umudov milli üzvlərinin son hazırlıqlarına rəhbərlik edib, onlara önəmli tapşırıqlarını verib. Aprelin 7-də start götürəcək Dünya Kubokunda ölkəmizi Giorgi Edişeraşvili, Əfqan Xalaşov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Coşqun Əzimov (70 kq), Hacımurad Ömərov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (92 kq), Roman Bəkirov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcək.


Qeyd edək ki, yığmamız Dünya kubokunda B qrupunda Qazaxıstan, Kuba və Monqolustanla mübarizə aparacaq. A qrupunda isə ABŞ, Yaponiya, Gürcüstan və Hindistan güləşçiləri yarışacaq. 


Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.



 

23 May 2018
22 May 2018
B.eÇ.aÇC.aCŞB