TOP 10

“Anortosis”in prezidenti Sport24.az-a danışdı: “Araz Abdullayevin transferi üçün “Qəbələ”yə müraciət edəcəyik”

Futbol
Tarix: 2018-04-02 15:38

Milli komandamızın yarımmüdafiəçisi Araz Abdullayevin icarə əsasında şərəfini qoruduğu Kipr “Anortosis”inin birdəfəlik transfer etmək istəyinə aydınlıq gəlib. Sport24.az-a açıqlama verən klub prezidenti Andreas Panteli vingerin taleyinə yayda aydınlıq gətirməyə cəhd edəcəklərini dilə gətirib.

 

O, futbolçumuz barədə xoş sözlər deməyi də unutmayıb: “Hələ ki, “Qəbələ” ilə danışıqlarımız olmayıb. Bu da təbiidi. Axı, hələ mövsümün sonuna var. Abdullayev çox yaxşı futbolçudu, istedadına şübhəmiz yoxdu. Özünü “Anortosis”də yaxşı tərəfdən göstərməyi bacarıb. Mövsüm başa çatdıqdan sonra “Qəbələ”ylə təmas yaradıb, Arazın birdəfəlik transferi üçün danışıqlar aparacağıq”.
 

16 Iyul 2018
15 Iyul 2018
B.eÇ.aÇC.aCŞB