TOP 10

İki boksçumuz Avropa çempionatının yarımfinalında

Boks
Tarix: 2018-03-30 15:21

Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri başa çatıb. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin 2 üzvü yarışın yarımfinal mərhələsinə vəsiqə əldə edib.


56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev 1/2 finala gedən yolda almaniyalı Hamzet Şadalovu (Almaniya) mübarizədən kənarlaşdırıb. Boksçumuz rəqibini 3:2 hesabı ilə məğlub edib. Əliyev yarımfinalda ispaniyalı Xose Giles Brotonsla qarşılaşacaq.


Əliyevlə yanaşı, Məhəmməd Abdullayev (+91 kq) də özü üçün ən azı bürünc medalı təmin edib. O, 1/4 finalda Camili-Dini Aboudo-Moindzeyə (Fransa) 4:1 hesabı ilə qalib gəlib. Abdullayev növbəti qarşılaşmasında italiyalı Aziz Abbes Muhidinlə üz-üzə gələcək.


Yarımfinal döyüşləri martın 31-də, finallar isə aprelin 1-də olacaq.

17 Iyul 2018
16 Iyul 2018
B.eÇ.aÇC.aCŞB