TOP 10

Millimiz Avropa çempionatına 10 boksçu ilə yollanır

Boks
Tarix: 2018-03-23 17:46

Martın 25-dən aprelin 1-dək 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı keçiriləcək. Sport24.az xəbər verir ki, Rumıniyanın Tırqu-Jiu şəhərində baş tutacaq yarışda Azərbaycan millisi də iştirak edəcək.


Yığmamızın məşqçilər korpusu qitə birinciliyində 10 idmançını sınamağa qərar verib. Belə ki, kişilərin mübarizəsində Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Ruslan Rüstəmov (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Nicat Məmmədov (69 kq), İsmayıl Hüseynov (75 kq), Cəbrayıl Yelekov (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) rinqə çıxacaqlar. Qadınların yarışında isə Aliyə Vəlizadə (57 kq) ilə Məryəm Cəbrayılova (69 kq) qüvvələrini sınayacaqlar.


Avropa çempionatında ölkəmizi hakim kimi Emil Qurbanəliyev təmsil edəcək.

Qeyd edək ki, bu gün saat 20:45-də səfərə yollanacaq komandamız aprelin 3-də Vətənə dönəcək.
 

16 Noyabr 2018
15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB