TOP 10

Orxan Səfərovdan "bürünc" - Yenilənib

Cüdo
Tarix: 0000-00-00 00:00

İlk günü bir "bürünc"lə başa vurduq.

Bu uğura 60 kiloqramda mübarizə aparan Orxan Səfərov nail olub. Təmsilçimiz braziliyalı rəqibini "ippon"la məölub edib. N. Şıxəlizadə isə beşinciliklə kifayətlənib. İsrail cüdoçusu iki "vazari" xalı Şıxəlizadəni üstələyib.

 

***

"Böyük Dəbilqə"nin ilk gününün final proqramında cəmi iki cüdoçu ilə təmsil olunacağıq.

Bunlar 60 kiloqram çəki dərəcəsində çıxış edən Orxan Səfərov və 66 kiloqramdakı Nicat Şıxəlizadədi. Səfərov 1/4 finaldan mübarizəni dayandıraraq təsəlliverici mərhələyə qatılıbsa, Şıxəlizadə yarımfinalda turnirin dördqat qalibi Takajo Tumufumiyə uduzmaqla ümidini "bürünc"ə bağlayıb. Təsəlli görüşündə Qırğızıstan cüdoçusunu "vazari" ilə məğlub edən 25 yaşlı Səfərovun həlledici görüşdəki rəqibi braziliyalı Erik Takabatake olacaq. N. Şıxəlizadə isə üçüncülük üçün İsrail təmsilçisi Baruç Şmailov ilə üz-üzə gələcək.

Digər 17 cüdoçumuz ilk mərhələlərdəcə uduzaraq mübarizəni başa vurub.

Qeyd edək ki, final görüşləri saat 17-00-da başlayacaq.

***

Cüdo üzrə Bakı "Böyük Dəbilqə"si start götürüb.

Bu gün kişilər arasında 60, 66, qadınlarda isə 48, 52, 57 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Sport24.az xəbər verir ki, Azərbaycan millisi ilk yarış günündə 19 cüdoçu ilə təmsil olunur.

Kişilər, 60 kq:
1/4 final. Orxan Səfərov - Qusman Kirgizbayev (Qazaxıstan) / Çaba Sabo (Macarıstan) cütünün qalibi
1/8 final. Mehman Sadıqov - Toru Şişime (Yaponiya)
1/8 final. Oruc Vəlizadə - Muxriddin Tilovov (Özbəkistan)
1/8 final. Natiq Qurbanlı - Erik Takabatake (Braziliya)

66 kq
1/8 final. Nicat Şıxəlizadə - Xojiakbar Olimov (Özbəkistan)
1/8 final. Emil Həsənov - Xerlen Qanbold (Monqolustan)
1/8 final. Vüqar Şirinli - Alireza Xojasteh (İran)
1/8 final. İlkin Babazadə - Barux İsmayılov (İsrail)

Qadınlar, 48 kq
1/8 final. Leyla Əliyeva - Şəfəq Həmidova
1/8 final. Şəfəq Məmmədova - Aleksandra Pop (Rumıniya)
1/8 final. Aişə Qurbanlı - Stefannie Arissa Koyama (Braziliya

52 kq
1/8 final. Gülşən Nəzərova - Anya Stanqar (Sloveniya)
1/8 final. Gültac Məmmədəliyeva - Aqata Perenç (Polşa)
1/8 final. Nəzakət Əzizova - Sara Menezes (Braziliya)

57 kq
1/8 final. Günel Bəkirzadə - Gilmara Prudensio (Braziliya)
1/8 final. Leyla Şahin - Anna Kazyulina (Qazaxıstan)
1/8 final. Səkinə Zayirova - Kaya Kayzer (Sloveniya)
1/8 final. Şahanə Alməmmədova - Culiya Kovalçuk (Polşa)

Turnir martın 12-dək davam edəcək.

CBCsport
29 Mart 2020
28 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL