TOP 10

Rövnəq Abdullayev cüdoda görülən işlərə qiymət verdi: "Bu, aysberqin alt hissəsidi"

Cüdo
Tarix: 2018-03-15 11:38

Bu gün Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti konfransı və İcraiyyə Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən toplantı ACF prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə keçirilib.

 

Konfransı giriş sözüylə açan Abdullayev 2015-ci ildən sonra ilk dəfə keçirilən konfrans haqda qısa məlumat verib, cüdoya dövləq qayğısından danışıb. O, ölkədə idmanın bütün növlərində inkişafın yüksək nöqtəyə çatdığını bildirərək, buna bariz nüminə kimi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarındakı nailiyyəti göstərib.

 

Ardından ACF-in baş katibi Elman Babanlı konfransın gündəliyi haqda məlumat verib. Konfransın gündəliyi belə olub:

 

1. Mandat Komissiyasının üzvlərinin seçilməsi

2. Konfrans iştirakçılarının tərkibinin yoxlanılması

3. Federasiyanın ötən dövr ərzindəki fəaliyyəti ilə bağlı hesabat

4. Maliyyə hesabat

5. İcraiyyə Komitəsinə yeni üzvün seçilməsi

6. Federasiyaya yeni üzvlərin qəbulu

 

Mandat Komissiyasının tərkibi müəyyənləşdikdən sonra konfransda yetərsay elan olunub. 

 

ACF-in ötən dövr ərzindəki fəaliyyəti ilə bağlı baş katib geniş hesabat verib. 2015-ci il sentyabrın 10-da keçirilmiş konfransdan sonra cüdonun inkişafında yeni mərhələ başladığını qeyd edən Babanlı medalların illər üzrə artdığını (2015-ci ilin son 3 ayında 25, 2016-cı ildə 140, 2017-ci ildə 191 medal), "Rio-2016"da 2 gümüş medal, paracüdoçuların isə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazandıqlarını söyləyib.  Baş katib "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında, Avropa və dünya çempionatlarında da tarixi nailiyyətlərə imza atdıqlarını vurğulayıb. Babanlı ACF prezidentinin Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçildiyini və 2018-ci il dünya çempionatının Bakıya həvalə olunduğunu xatırladıb, respublika üzrə seleksiya xarakterli yarışlara 2000-dək cüdoçunun qatıldığını və kütləviliyin yüksəldiyini diqqətə çatdırıb.

 

Sonra ACF-in nümayəndəsi Faiq Cəfərovun maliyyə hesabatı dinlənilib. Bildirilib ki, 15 milyon manatın 11 milyon manatı sponsorlardan, 3 milyon manatı SOCAR-ın İJF ilə əməkdaşlığı nəticəsində pul və əmlak formasında daxil olub. Gəlirlərdən yığmanın toplanış və yarışlarına 5 milyon manatdan çox vəsait xərclənib. Təqribən bu qədər vəsait ölkədaxili yarışlara, 911 min manatı vitaminləşməyə, 2 milyon 400 min manat əmək haqqı və mükafatlara, 911 min manatı yeni avadanlığın alınmasına, 230 min manatı xaricdə seminarlara sərf olunub.

 

Hesabatlar səsverməyə qoyularaq qəbul edilib.

 

Daha sonra "Cüdo 2012" İctimai Birliyinin rəhbəri Azər Əsgərov ACF İcraiyyə Komitəsinə, DİN İC, MOİK, "Sərhədçi", FHN, "Judo Club", "Qəbələ", "Turan", 1 nömrəli RİOEUGİM ACF üzlüyünə qəbul olunub.

 

Konfransa yekun vuran Abdullayev bu müddətdə görülən işlərin çox olduğunu bildirərək, bunda zəhməti olanlara minnətdarlıq edib: "İşlər böyük zəhmətin nəticəsində görülüb. Bu, aysberqin alt hissəsidi, görünməyən tərəfidi. Görünən medallardı. Ancaq onun qazanılmasına aparan insanlar burda oturublar. Onlar əziyyət çəkirlər. Qarşıda bizi böyük işlər gözləyir. Ən vacibi sentyabrda Bakıda keçiriləcək dünya çempionatıdı. Düşünürəm ki, buna indidən yaxşı, ciddi hazırlaşmalı, həmin mötəbər turniri ən yüksək səviyyədə keçirməlyiik. Bunun üçün hər gün saatbasaat işləməliyik. Bu məqsədlə ictimaiyyəti bura qoşmaq, cüdosevərləri zallara yığmaq lazımdı. Doğma zal amili bu baxımdan önəmlidi. Uğur qazanmaq üçün zalı doldurmaq lazımdı, boş olanda kömək olmur. Yarışı yüksək səviyyədə keçirib, uğurla iştirak edib nöqtəni qoymaq gərəkdi. Bakıdakı dünya çempionatında yer tutmaq vəzifə və vicdan borcumuzdu. Bu, dövlətimiz. xalqımız, ən əsası, prezidentimiz qarşısında olan vəzifədi".

 

 

16 Noyabr 2018
15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB