TOP 10

Rəhman Hacıyev: “Meydana 3 xal üçün çıxacağıq” - VİDEO

Futbol
Tarix: 2018-03-13 18:35

“Neftçi” Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığını davam etdirir. Sport24.az xəbər verir ki, komanda bu gün oyunun keçiriləcəyi 8-ci km stadionunda məşq keçib.

Yarımmüdafiəçi Rəhman Hacıyev klub televiziyasına açıqlamasında “Qarabağ”la oyun öncəsi fikirlərini bildirib:


"Sabah bizi çox çətin oyun gözləyir. İki oyundu qələbə qazanırıq. Komandada inam və istək var. Hər şey qaydasındadı. Meydana 3 xal üçün çıxacağıq. İnşallah, qələbə qazanarıq. Komandama inanıram”.


Xatırladaq ki, martın 14-də baş tutacaq "Neftçi” – "Qarabağ” oyunu saat 18:00-da başlanacaq.



 

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB