TOP 10

Yuri Maksimov: “Qəbələ” ilə oyundan istək sayəsində xalla ayrıldıq”

Futbol
Tarix: 2018-03-13 18:00

Topaz Premyer Liqasının 20-ci turunda evdə “Qəbələ”ylə heç-heçə edən (1:1) “Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:


- “Qəbələ” güclü komandadı. Ustalıq səviyyəsinə görə bu komandadan geri qalırıq. Bizim komanda hələ yeni formalaşıb. Bizdə istək çox idi. İstək sayəsində də bu oyundan xalla ayrıldıq.


- Uduzmadığınıza görə sevinirsiz, yoxsa qalib gələ bilmədiyinizə görə təəssüflənirsiz?
- Bu gün bizim komanda sondan ikinci yerdədi. Həm də, son iki oyunda son dəqiqədə qapımızda qol görmüşdük. Bunun təkrarlanmasını istəməzdim. Buna görə, heç-heçəni məqbul nəticə hesab edirəm.


- Rəqib baş məşqçi Roman Qriqorçuk hakimlikdən narazı qaldı. Siz bu barədə nə deyə bilərsiz?
- Bəzən olur ki, nəticə qarşı tərəfin narazılığına səbəb olur. Bizim ziyanımıza hər hansı qərar verilməyibsə, hakimlik barədə nə isə fikir bildirə bilmərəm.


- Oyundan sonra Vaqif Cavadova iradlarınızı bildirirdiz...
- İradım yox idi. Sadəcə, Məqsəd İsayevə oyun epizodu ilə bağlı narazılığımı bildirirdim. Vaqifə heç bir irad bildirmədim.


- Roman Qriqorçukla Ukraynada da rəqib olmusuz. Prinsipiallıq yox idi ki?
- Ukraynada da görüşmüşük. Prinsipiallıq yoxdu. Fərq odu ki, indi başqa çempionatda üz-üzə gəlirik.

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB