TOP 10

“Neftçi” tender elan etdi

Futbol
Tarix: 2018-03-13 17:47

“Neftçi” Peşəkar Futbol Klubu idman geyimlər təminatçısı olan şirkətləri rəsmi tenderdə iştirak etməyə dəvət edir. Sport24.az xəbər verir ki, tenderdə iştriak etmək istəyən şirkətlər aşağıda qeyd olunan əlaqə nömrəsi və elektron ünvanı ilə əlaqə saxlayaraq, lazım olan prosedurlar barəsində məlumat əldə edə bilərlər. 


Qeyd edək ki, tenderdə qalib gələcək şirkət klubun əsas və əvəzedici komandalarının 2018/19 mövsümü üçün rəsmi idman geyimlərini təmin etmək hüququnu qazanacaq.


Klubun rəsmi elektron ünvanı:

office@neftchipfk.com


Tural Əliyev:
Tel.: (+994 12) 496-57-82


Birbaşa əlaqə: (+994 50) 218-41-84
e-mail: tural.aliyev@neftchipfk.com


Tenderdə iştirak edəcək şirkətlər təkliflərini qapalı zərf şəkilində son müddət olaraq 2 aprel 2018-ci il tarixinədək klubun rəsmi ünvanına göndərməlidirlər.


"Neftçi” PFK-nın rəsmi ofis ünvanı:
Nobel prospekti 64, Bakı şəhəri, Azərbaycan.
 

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB