TOP 10

“Sumqayıt” ilk darmadağın etdiyi komandaya qarşı

Futbol
Tarix: 2018-03-13 12:12

Topaz Premyer Liqasının 20-ci turunda “Sumqayıt” doğma meydanda “Kəpəz”lə qarşılaşacaq. Sport24.az sizi bu komandaların indiyə qədərki qarşılaşmalarındakı statistikalarını təqdim edir:


1. Komandalar Azərbaycan çempionatlarında 18 dəfə qarşılaşıblar.


2. "Sumqayıt" "Kəpəz"lə qarşılaşmalardan 7 qələbə, 6 heç-heçə, 5 məğlubiyyətlə ayrılıb.


3. Komandalar arasındakı top fərqi 25-20 “Sumqayıt”ın xeyrinədi.


4. Amil Yunanov və Cavid İmamverdiyev "Kəpəz"lə qarşılaşmalarda ən çox fərqlənən “Sumqayıt”lı futbolçudu (3 qol).


5. "Sumqayıt" Premyer Liqada ilk böyükhesablı qələbəsini "Kəpəz" üzərində əldə edib ("Sumqayıt" - "Kəpəz" 4:1, 11.12.2011)


Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" qarşılaşması martın 14-də “Sumqayıt Arena”da keçiriləcək. Saat 20:00-da start götürəcək oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB