TOP 10

"Qəbələ" "Keşlə"ni yenə məğlub edəcək?

Futbol
Tarix: 2018-03-13 11:00

 

Bu gün Topaz Premyer Liqasında XX tura start verilir. Sport24.az xəbər verir ki, turun yeganə matçı paytaxtda baş tutacaq.

 

Çempionluqdan uzaq düşən "Qəbələ" "Keşlə"nin qonağı olacaq. Yuri Maksimovun gəlişindən sonra evdə qələbə qazana bilməyən paytaxt klubu bunu iddialı "Qəbələ" qarşısında reallaşdırmağa çalışacaq. Ardıcıl 2 məğlubiyyətin ardından Gəncədə "Kəpəz"ə çətinliklə qalib gələn qonaqlar növbəti qələbəsini qazanmağa çalışacaq. İtkilərə gəlincə, meydan sahibləri matça optimal formada hazırlaşırsa, "Qəbələ"də Cavid Hüseynovun zədə səbəbindən meydanda olmayacaq. Komandalar arasında baş tutmuş hər iki matçda qırmızı-qaralar qələbə qazanıb (3:0, 2:1).

Proqnoz belədi:

Keşlə - 25% Heç-heçə - 30% Qəbələ - 45%

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB