TOP 10

Türkiyə klubu millimizin sabiq üzvü ilə yollarını ayırdı

Dünya Futbolu
Tarix: 2018-03-13 00:19

Türkiyənin “Manisaspor” klubu futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü Uğur Pamukla yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin prezidenti Gökay Budak Türkiyə mətbuatına açıqlamasında məlumat verib.

Manisa klubunun rəhbəri bildirib ki, mövsümün qalan hissəsində gənc futbolçularla mübarizə aparmaq qərarına gəliblər. Bu üzdən də Uğur Pamuk və Timur Karagülməzlə müqaviləyə xitam veriblər. Onların müqabiləsinin müddəti bu ilin 31 mayında bitəcəkdi. Lakin futbolçularla görüşən klub rəhbərliyi qarşılıqlı razılıq əsasında yolları ayırıblar.


Xatırladaq ki, Uğur Pamuk vaxtilə “Xəzər Lənkəran” və “Sumqayıt” klublarında da forma geyinib.

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB