TOP 10

Yüksək Liqada yeni bombardir

Futbol
Tarix: 2018-03-12 20:45

Bu gün futzal üzrə Yüksək Liqada 20-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, tur bombardirlər yarışında dəyişikliyin baş verməsi ilə yadda qalıb.

Belə ki, uzun müddətdi ən məhsuldar futzalçıların yarışına başçılıq edən Renat Sultanov zirvədən enib. Əvəzində “Neftçi” ilə matçda dubl edən Bolinya birinci pilləyə yüksəlib. Mortoza isə Sultanovla fərqi minimuma endirib.


Telez Thiaqo Bolinya (“Araz”) – 21

Renat Sultanov (“Marafon Futsal”) – 20

Mortoza Cahandost (“Yasamal”) – 19
 

17 Iyun 2018
16 Iyun 2018
B.eÇ.aÇC.aCŞB