TOP 10

Kapitandan ikiqat yubiley

Futbol
Tarix: 2018-03-12 11:27

“Neftçi”nin futbolçusu Ruslan Abışov yubiley qoluna imza atıb. Sport24.az xəbər verir ki, müdafiəçi Topaz Premyer Liqasının 19-cu turunun “Keşlə” ilə görüşündə komandasına 3:2 hesablı qələbə qazandıran topun müəllifi olub.

Bu qol Ruslanın Azərbaycan çempionatlarında 20-ci qoludur. O, özünün 226-cı matçında buna nail olub.


Abışov bu qollardan yarısını “Neftçi”nin heyətində rəqib qapısından keçirib. “Ağ-qaralar”ın kapitanı yetirməsi olduğu komandada 142-ci çempionat matçında “10”a çatıb.


Ruslan “Neftçi”nin tarixində 33-cü futbolçudu ki, Azərbaycan çempionatında 10 və daha çox qol vurub.


Qeyd edək ki, Ruslan cari mövsümdə 3-cü qoluna imza atıb.

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB