TOP 10

Turun "Ən"ləri-19: "Neftçi"nin xarakteri, köhnə legionerin pis vərdişi

Futbol
Tarix: 2018-03-11 12:12

Topaz Premyer Liqasında (TPL) XIX tur arxada qaldı. Sport24.az ilk turdan başladığı “Turun “ƏNLƏR”i rubrikasını davam etdirir.

 

Bu il üçün 5-ci turda oxuculara yenə də “Simvolik yığma”yla yanaşı, “Turun Qəhrəman”ı və “Antiqəhrəman”ı, habelə “Turun komandası”nı və baş məşqçisini təqdim edəcəyik. Çempionatın startından bəri bütün oyunları stadionlardan izləyən saytımızın əməkdaşlarının budəfəki seçimini diqqətinizə çatdırırıq.

 

"Simvolik yığma"

 

Qapıçı:  Fərhad Vəliyev ("Sumqayıt", 2)

 

Müdafiəçilər:  Slavik Alxasov ("Keşlə", 3) - Ruslan Abışov ("Neftçi", 3 ) - Vurğun Hüseynov ("Sumqayıt", 4) - Maksim Mevdevev ("Qarabağ", 3)

 

Yarımmüdafiəçilər: İqnasio Herrera ("Neftçi", 2) - Asif Məmmədov ("Qəbələ", 4) - Emin Mahmudov ("Neftçi", 5) - Filip Ozobiç ("Qəbələ", 2) - Dani Kintana ("Qarabağ", 2)

 

Hücumçu: Amil Yunanov ("Sumqayıt", 5)

 

Qeyd: Mötərizədə futbolçunun / məşqçinin / komandanın seçilmişlər sırasına neçə dəfə düşdüyü göstərilib.

 

Turun BAŞ MƏŞQÇİsi - Samir Abasov ("Sumqayıt", 4)

"Sumqayıt" qış fasiləsindən sonra hələ də uduzmayan iki komandadan biridi, hətta "Qarabağ"ı topların daha yaxşı fərqinə görə qabaqlayır. Bunda da baş məşqçisi Samir Abasovun rolu böyükdü. Onun yetirmələri son turda da meydanı qalib tərk edib. Özü də evdə yaxşı oynayan "Səbail"i yenməklə. Emosionallığıyla seçilən gənc mütəxəssis bu dəfə də "texniki zona"dan enerjisini meydandakı futbolçularına verdi. Abasov "Sumqayıt"ın yeni təyin olunan prezidenti Riad Rəfiyevi də bu postda debütündə qələbəylə sevindirdi. 

 

Turun QƏHRƏMANı - İqnasio Herrera ("Neftçi")

"Neftçi"nin çilili legioneri qış fasiləsindən sonra daha inamlı təsir bağışlayır. Cinah yarımmüdafiəçisi yaxşı oynamaqla yanaşı, qollar da vurur. Son turda İqnasio həm 1 qol, həm də 1 məhsuldar ötürmə müəllifi oldu. Komandasının "Keşlə"ni evdə 3:2 hesabıyla məğlub etdiyi matçda 2-ci dəfə irəli çıxaran Herrera 90-cı dəqiqədə qələbə topunu vurduqları hücumda da yaxından iştirak etdi.

 

Turun ANTİQƏHRƏMANı - Denis Silva ("Keşlə", 2)

"Keşlə"nin braziliyalı mərkəz müdafiəçisi Denis Silva "Neftçi"ylə cari çempionatda "Bakcell Arena"dakı matçda yenə kobud səhvləriylə yadda qaldı. Azərbaycanda 10 ildi legioner həyatı yaşayan təcrübəli futbolçu bu dəfə də komandasının məğlubiyyətində "pay sahibi" oldu. O, VIII turda "Qarabağ"a məğlub olduqları qarşılaşmada da kobud səhvləriylə yadda qalaraq turun antiqəhrəmanı olmuşdu. Denis artıq özü düşünməlidi ki, niyə yenə antiqəhrəman olur? Artıq pis vərdişə çevrilib. Hər halda, bu, düşündürücü sualdı. 

 

Turun KOMANDAsı - ("Neftçi", 3)

"Neftçi" turun ən parlaq oyun göstərən komanda oldu. Təsadüfi deyil ki, Tərlan Əhmədovun yetirmələri "Keşlə"ylə ev matçında hesabda 2 dəfə üstünlüklərini əldən versələr də, 90-cı dəqiqədə qələbə topunu vurmağa özlərində güc tapdılar. Özü də "Neftçi" "Keşlə"ni cari çempoiontda hər 3 oyunda yenərək meydandan xalsız yola salıb. 

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB