TOP 10

Medvedev Şeydayevə məsləhətini verdi: "Ramil bəzi epizodlarda utanır"

Futbol
Tarix: 2018-03-11 11:00

"Qarabağ"ın futbolçusu Maksim Medvedev evdə "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XIX tur matçından sonra Sport24.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. Milimizin da üzvü olan müdafiəçi əvvəlcə qarşılaşmanı dəyərləndirib.

 

- Bu, elə oyunlardan oldu ki, istədiyimizi reallaşdıra bildik. Məşqlərdə nələri etdiksə, bu matçda göstərə bildik. Oyunumuz çox yaxşı alınırdı. Bəzən məşqdə alınmır. İndi oyunda hər şey alındı. Topa nəzarət etmək planlaşdırırdıq. Rəqibin necə oynayacağını bilirdik. Oyun ürəyimizcə oldu. Qol epizodlarımız da oldu, amma ustifadə edə bilmədik. Əsas odur ki, 3 xalı qazandıq.

 

- Bir neçə tur öncə hamı "Qarabağ”ın çox qol vura bilmədiyini söyləyirdi. Çünki komandanız 1:0 hesablı qələbələr qazanırdı. Bu matmda isə 2 qol vurdunuz. Oyundan-oyuna daha yaxşı çıxış edəcəyinizi düşünürsən?

- Həmin matçlarda da  pis oynamırdıq. Qol epizodlarımız da olurdu. Qış fasiləsindən sonra ilk oyunda "Qəbələ” ilə matçda da qol imkanlarımız oldu. Heç vaxt belə olmamışdı. Qol vura bilmirdik. Bu matçda isə az imkan oldu. Amma ikisindən istifadə edə bildik. BuŞ sevindirici haldı. Zaman keçdikcə bir-birimizi daha da yaxşı başa düşəcəyik.

 

- Ramil Şeydayev də meydana çıxmadığı üçün müzakirə olunur. "Zirə"yə qarşı start heyətəd oynadı. Ramil gözlənilənləri verə bildimi?

- Ramil gənc futbolçudu. Adı böyükdür, özü isə gənc. Şeydayevin yun praktikası olmalıdır. Ondan sonra daha da açılacaq və futbolçuları daha da yaxşı başa düşəcək. Məşq tam başqadı. Oyunda isə ritm başqa olur. Çalışsa, daha da yaxşı olacaq. Ramilin potensialı var. İnanıram ki, əsas heyətdə də yer ala biləcək.

 

- Ramilin milliyə kömək etməsi üçün başqa bir kluba keçməyi lazımdırmı?

- Ramil uşaq deyil. Nə düşünür, onu da eləsin.

 

- Bəs sən ona nəyi məsəhət görərdin?

- Məsləhət görərdim ki, daha da çox işləsin. Komandaya daha da yaxın olsun, hamı münasibət qursun. Bəzi epizodlarda utanır. "Qarabağ” elə komandadı ki, hamı ona əl uzadar və köməklik edər. İstərdim ki, aramızda qalsın. Oyunu mənim də xoşuma gəlir. Ramil çox çalışmalıdır.

 

- "Qarabağ” daha rahat oynayır. Artıq çempionluq da təmin olunur desək, yanılmarıq... 

- Bu matçda oyunumuz alındığına rahat oynadıq. Bizdə boşalma yoxdu. Çoxları 10 xalı böyük fərq hesab edir. Heç nə həll olunmayıb. Belə davam etsə, yaxşı olar.

 

- Millinin qarşıdakı yoldaşlıq görüşləri haqda düşünməyə başlamısınız?

- Xeyr.

 

- "Neftçi” ilə oyun barədə nə düşünürsən? Rəqib son oyunlarda yaxşı çıxış edir...

- "Neftçi” açıq futbol oynayır, qqapanmır. Bizi maraqlı oyun gözləyir. Rəqibi yaxşı təhlil eləyəcəyik. Baş məşqçi nə tapşırıq versə, onu yerinə yetirəcəyik. "Neftçi” yaxşı temp yığıb. Sevinirik ki, orda da millinin oyunçuları var. Biz də istəyirik ki, "Neftçi”nin ən yaxşı vəziyyəti olsun və bizimlə oynasın.

 

ƏKBƏR AĞAZADƏ

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB