TOP 10

Yunuszadənin bir gözü Qurban Qurbanovda olur: "Belə düşünsək, özümüzə qarşı düşmənçilik olar"

Futbol
Tarix: 2018-03-11 09:50

“Qarabağ”ın müdafiəçisi Elvin Yunuszadə Topaz Premyer Liqasının XIX turunda “Zirə” üzərində 2:0 hesablı qələbədən sonra Sport24.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. Müdafiəçi 2-ci qolun müəliif olduğu qarşılaşmanı dəyərləndirməklə fikirlərinə başlayıb. 


- “Zirə”yə qarşı oyunlarımız həmişə çox çətir keçir. Bu dəfə də belə oldu. Meydanda çox əziyyət çəkdik. Baş məşqçinin tapşırıqlarını maksimum dərəcədə yerinə yetirməyə çalışdıq. Əsas olan 3 xal idi ki, bunu da qazandıq. Hər oyun bizim üçün vacibdi. Çempionatda asan matç yoxdu. Artıq bu oyunu unutmaq lazımdı. Çünki qarşıda bizi “Neftçi” ilə çox vacib qarşılaşma gözləyir.



- “Zirə” ilə əvvəlki oyunlarınız gərgin alınsa da, bu gün daha rahat oynadınız və asan qələbə qazandınız. Bunun sıbəbini nədə görürsən?

- Belə deməzdim. “Zirə” yaxşı futbolçulardan qurulan komandadı. Kənardan hesaba baxanda asan görünə bilər. Amma nə əziyyət çəkdiyimizi biz bilirik. “Zirə” ilə oyunlara da maksimum dərəcədə hazırlaşırıq. Hər görüşdə qalib gəlməyə çalışırıq.

 

- Təslim olan təkcə “Zirə” deyil. Artıq “Qəbələ” də  çempionluq mübarizəsində silahı yerə qoyub...

- Yox. Belə düşünsək, özümüzə qarşı düşmənçilik olar. İndidən rahatlaşmaq olmaz. Arxayınlaşsaq, bu, dərhal nəticədə özünü göstərəcək.

 

- Adətən standart vəziyyətlərdə irəli gedirsən. Bu gün qolu oyun epizodunda vurdun. Bu, baş məşqçinin əvvəlcədən verdiyi göstərişi bu idi?

- Bəzi epizodlarda gözüm Qurban Qurbanovda olur. Baxıram ki, işarə versə, tez qabağa gedim. Qol epizodunda hiss etdim ki, fərqlənə bilərəm. Ona görə geri döbnmədim. Şükürlər olsun, qol vurdum, komandama az da olsa xeyir verdim.

 

- Demək olarmı ki, “Qarabağ”da ən yaxşı oyununu keçirdin?

- Bu barədə mən heç nə deyə bilmərəm. Səhvlərimə baxmalıyam, yaxşı şeylərə yox. Bunu Qurban müəllim daha yaxşı bilər.



- Növbəti oyun “Neftçi”yə qarşıdır. Sabiq komandanla görüşdə də meydanda olmaq istəyirsən?

- Oyunla canla-başla hazırlaşacam. Baş məşqçimiz şans versə, meydana çıxıb, sonadək mübarizə apararam.

 

ƏKBƏR AĞAZADƏ

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB