TOP 10

Kintana "Qəbələ"ni çempionluq yarışından silmir: "Neftçi"ni çətin vəziyyətə salmağa çalışacağıq"

Futbol
Tarix: 2018-03-11 09:00

“Qarabağ”ın legioneri Dani Kintana Topaz Premyer Liqasının XIX turunun “Zirə” yə evdə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra Sport24.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. İspan yarımmmüdafiəçi öncə matçı dəyərləndirib. 


- Oyun bizim üçün yaxşı başladı. Erkən qol vurmağımız xeyrimizə oldi. Bir neçə dəqiqədən sonra ikinci topu rəqib qapısından keçirdik. Yavaş-yavaş oyuna nəzarəti əlimizə aldıq. Layiqli qələbə qazandıq.  

 

- Matşın gedişində tez-tez mövqeyinizi dəyişirdiniz. Bu, nəylə bağlı idi?

- Baş məşqçi mənə meydançada sərbəst oynamaq imkanı verir. Bəzən vəziyyətə görə mövqeyimi dəyişdim. Düşünürəm ki, çıxışım uğurlu alındı. Qol da vurdum.

 

- Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsiniz?

- Bilirik ki, “Neftçi” hazırda yaxşı formadadı. Ardıcıl qələbələr qazanmağa başlayıblar. Amm meydana 3 xal üçün çıxacağıq. Məqsədimiz dəyişmir. Rəqibi çətin vəziyyətə salmağa çalışacağıq.



- “Qəbələ” çempionluq yarışından tez qopdu. Bu, sizin üçün nə dərəcədə gözlənilməz oldu?

- Açığı, “Qəbələ”nin ardıcıl 2 oyunda uduzmanıgözlənilməz oldu. Amma heç kəsi hesabdan silmirik. Riyazı cəhətdən şansları hələ var. Mübarizəmizi davam edirik. Addım-addım irəli gedirik. Qarşıda 9 tur var. Yenə eynisini etməyə çalışacağıq.

 

- Sizcə, ön xəttdə Mahir Mədədotovun oynaması yaxşıdır, yoxsa Ramil Şeydayevin?

- Gəlin, belə məsələlərə girməyək. Bununla bağlı qərarları baş məşqçi verir. Komandamızdakı bütün hücumçular bizim üçün önəmlidi. Baş məşqçi bu oyundfa Ramili start heyətdə meydana buraxdı. Belə qərarlar ona məxsusdu.

 

ƏKBƏR AĞAZADƏ

17 Iyun 2018
16 Iyun 2018
B.eÇ.aÇC.aCŞB