TOP 10

Samir Abasov yeni prezidenti haqda danışdı: "Bu gün çox yaxşı oyunla layiqli qələbə qazandıq"

Futbol
Tarix: 2018-03-10 19:41

"Həddindən artıq çətin, komandamızın adına layiqli qələbə oldu. Şükür Allaha ki, bu gün 3 xal əldə etdik". Sport24.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının XIX turunda bu gün "Səbail"ə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonrakı mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, bu oyunda məğlubiyyət onu narahat edəcəkdi: "Allah eləməsin, bu gün məğlub olsaydıq,  nələr ola bilərdi... Arxadan gələn rəqibin təzyiqi vardı. Məğlubiyyət xal fərqinin daha da azalması demək idi. Əvvəllər bu duruma düşmədiyimizdən komandanı necə motivasiya edəcəkdik, bunu bilmirdik. Ona görə də bir az qorxu, həyəcan vardı. Ancaq bunlar olmadı. Sevindirici haldı ki, çox yaxşı oynadıq. Məşqlərdəkilərin hamısı alındı. Qələbəyə layiq idik, bunu da qazandıq".

 

Abasov "Sumqayıt"a yeni təyin olunan prezident Riad Rəfiyev haqda da düşüncələrini bölüşüb: "Bu təyinat dünən baş verdi. Yeni prezidentimizlə oyundan öncə görüşümüz oldu. Bizə uğurlar arzuladı. Onun adını eşitmişdim, ancaq şəxsi tanışlığım yox idi. Bir dəfə görüşümüz olmuşdu, o da PRO kateqoriyasıyla bağlı. İnşallah, bundan sonra yaxından tanış olacağlq, birgə uğur qazanarıq. Vaxt keçdikdə daha da yaxşı tanıyandan sonra fikir söyləyə bilərəm. Əvvəlcə yeni prezidentimizin fikirləriylə tanış olarıq, sonra mən danışaram". 

 

MEHMAN SÜLEYMANOV

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB