TOP 10

Riad Rəfiyev: “Şəxsi agenti olduğum futbolçu yoxdu”

Futbol
Tarix: 2018-03-10 19:34

"Sumqayıt"ın yeni prezidenti Riad Rəfiyev Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində səfərdə "Səbail"i 1:0 hesabı ilə yendikləri oyundan sonra deyib jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, o, öncə bunları söyləyib:


- Bütün komandaya minnətdarlığımı bildirirəm. Klub prezidenti kimi ilk oyunumda qələbə qazandıqları üçün təşəkkür etdim. Çox çətin oyun oldu. "Səbail"ə də növbəti oyunlarda uğurlar arzulayıram. 


- Necə oldu ki, "Sumqayıt"ın prezidenti oldunuz?
- Klubun Müşahidə Şurası ilə görüşümüz oldu. Sonra isə qərar qəbul edildi. 


- Qərar qəbul etməyə çoxmu vaxt sərf etdiniz?
- Çox yox, bir qədər çəkdi. 


- Klubun inkişaf strategiyasını necə görürsünüz?
- Yeni vəzifədə işə martın 12-də başlayacağam. Klubla tanışlıq üçün mənə bir az vaxt lazım olacaq. Bundan sonra söz verirəm ki, hamınıza müsahibə verəcəyəm. Hər şey barədə danışacağıq. Problem yoxdur. Mən mətbuata açıq adamam, qapalı insan deyiləm. Sadəcə, hələ klubla yaxından tanış olmamışam. İşə başladıqdan sonra hər şey barədə ətraflı danışarıq. 


- Klub prezidenti kimi işə başladıqdan sonra Premyer Liqadakı futbolçuların agenti olaraq, fəaliyyətinizi donduracaqsınız?
- Nə menecer? Belə şey heç vaxt olmayıb axı... AFFA olaraq, futbolçularımıza kömək etmişik ki, gedib xaricdə oynasınlar. Şəxsi agenti olduğum futbolçu yoxdu. 


- Oyunu hazırda "Neftçi"də çalışan "Sumqayıt"ın keçmiş meneceri Ceyhun Sultanovla birgə izlədiniz. Ondan məsləhətlər aldınız?
- Ceyhun bizim dostumuzdu. Onunla hər şey barədə danışmışıq.

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB