TOP 10

Samir Əliyev: "Hər bir komandanın "Səbail"lə hesablaşması, ondan çəkinməsi məni sevindirir"

Futbol
Tarix: 2018-03-10 19:25

"Səbail"in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının XIX turunda "Sumqayıt"a evdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfrabnsı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis öncə matçı dəyərləndirib.

 

- “Sumqayit”ı təbrik edirəm. Bu komandanın hədəfi var – avrokuboklara çıxmaq. Bu yolda onlara uğurlar arzulayıram. Futbolçulardan narazı qala bilmərəm. Pis oynamadılar. Rəqibin iki qol imkanı oldu, birindən istifadə etdi. İstədiyimiz oyunu tuta bilmirik. 


- Aqşin Qurbanlını meydana buraxan vaxt başqa əvəzetmə planlaşdırmışdınız...
- Bəli. Elton Yaqublunu dəyişmək fikrimiz yox idi. Sadəcə, ayağında zədə oldu. Buna görə məcburi əvəzləmə etməli olduq.


- Məlumdu ki, “Səbail” 3 ildir peşəkar klub olmadığından qaydalara görə avrokuboklarda çıxış edə bilməz. Bu, futbolçuların motivasiyasına təsir göstərə bilərmi?
- Yox. Əvvəl belə bir məqsəd qoyulmamışdı. Məqsədimiz təcrübə yığmaq, komandanı qurmaq, təkmilləşdirmək, formalaşdırmaqdı. Oyundan-oyuna təcrübə yığmaq, daha da yaxşı oyun oynamaq istəyirik. Nəticə vacibdi, ancaq böyük hədəflərimiz yoxdu. Hər bir rəqibə qarşı layiqli mübarizə aparacağıq. Debütant olsaq da, hər bir klub bizimlə hesablaşır. Bu gün də “Sumqayıt” belə idi. Bu, bir tərəfdən məni sevindirir ki, hər bir klub bizdən çəkinir. 


- Milliylə əlaqədar çempionatda iki həftəlik fasilə yaranacaq. Bu, komandanı tonusdan salmayacaq?
- Yox, əksinə, daha yaxşıdı. Xeyli vaxtımız olacaq. Oturub təhlil edəcəyik, səhvlər üzərində işləyəcəyik. Fasilədə işimiz dayanmayacaq. Soyuq başla hazırlaşacağıq.

 

MEHMAN SÜLEYMANOV

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB