TOP 10

“Qarabağ” və Qurbanov hamıdan öndə

Futbol
Tarix: 2018-03-10 14:38

Klubların yeni reytinq siyahısı açıqlanıb. Sport24.az xəbər verir ki, “clubworldranking”in açıqladığı siyahıda 4 Azərbaycan komandası da yer alıb.


Təmsilçilərimiz arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdu. Ağdam təmsilçisi 1169 xalla 536-cı sırada qərarlaşıb. "Köhlən atlar" ötən reytinq siyahısıyla müqayisədə 2 pillə irəliləyib. “Keşlə” 758-ci (368), “Qəbələ” 807-ci (255), “Zirə” isə 826-cı pillədə (217) yer alıb.


Siyahıya “Real” (İspaniya) başçılıq edir. “Barselona” (İspaniya) 2-ci, “Qremio” (Braziliya) isə 3-cüdü.


Klub reytinqi ilə yanaşı, məşqçilərin də reytinq siyahısı açıqlanıb. Siyahıda iki azərbaycanlı məşqçi var. “Qarabağ”ın və millimizin baş məşqçisi Qurban Qurbanov 496-cı, “Zirə”nin baş məşqçisi Ayxan Abbasov isə 989-cu pillədə qərarlaşıb.


“Qəbələ”nin ukraynalı çalışdırıcısı Roman Qriqorçuk isə 936-cı sırada yer alıb.

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB