TOP 10

Fariz Nəcəfov qələbənin əsas səbəbini açıqladı: "Qriqorçuk hakimlikdən daha çox futbolçulara etdikləri səhvlərə görə qışqırırdı"

Futbol
Tarix: 2018-03-10 12:12

"Qəbələ" Topaz Premyer Liqasında ardıcıl 2 məğlubiyyətdən sonra Gəncəyə səfər etdi. Autsayder "Kəpəz"in qonağı olan "qırmızı-qaralar" çətinliklə də olsa qələbə qazanmağ bacardı - 1:0. Matçı fəxri tribunadan izləyən "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov oyundan sonra Sport24.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb. Nəcəfov öncə matç haqda düşüncələrini bölüşüb.

 

- Son 2 oyunda məğlub olmuşduq. Bundan sonra gözləyirdik ki, komanda toparlanacaq. Futbolçular çox istəkli görünürdü. Səhvlər yenə də həmişəki kimi vardı. 

 

- Belə çətin vəziyyətdə oyun ikinci plana keçdi, ən çox nəticə vacib idi...

- Bəli. Hesab edirəm ki, komanda çox istəkli idi. Qələbəyə ən çox bu, kömək oldu.

 

- Baş məşqçiniz Roman Qriqorçuk bu oyunda, xüsusilə ilk hissədə çox aqressiv idi. Baş hakim Rəvan Həmzəzadənin qərarlarına emosional şəkildə reaksiya verdi. Sizcə, doğrudanmı, hakimlik belə pis idi?

- Qriqorçukun narazılığı hakimliyə görə deyildi. O, hakimlikdən daha çox futbolçulara etdikləri səhvlərə görə qışqırırdı. 

 

- Ümumilikdə hakimlik necə idi?

- Oyunda bəzi anlar oldu ki, xətalar vardı. Ancaq ümumilikdə götürdükdə, nəticəyə təsir edən səhvlər olmadı.

 

- Qriqorçukla ardıcıl məğlubiyyətlərdən sonra görüşünüz olmuşduçu?

- Bəli. Həm baş məşqçimizlə, həm də komandayla söhbətimiz oldu. Sevindim ki, bu oyunda futbolçularımız daha istəkli görünürdülər.

 

- Baş məşqçiyə uğursuz nəticələrə görə barmaq silkələnmişdi?

- Bu, klubun daxili işləridi (gülür). Elə söhbət olmayıb. 

 

- Ukraynalı baş məşqçinizin "Astaya"a getmək söhbəti gündəmdə qalır?

- Elə bir söhbət yoxdu.

 

MEHMAN SÜLEYMANOV, Gəncə

 

 

 

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB