TOP 10

Ufuk Budak yenidən Azərbaycan millisində

Futbol
Tarix: 2018-03-10 11:53

Türkiyə 1-ci liqa təmsilçisi “Samsunspor”un şərəfini qoruyan Ufuk Budak Azərbaycan millisinə dəvət alıb. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə müdafiəçinin millimizin Belarus və Makedoniya ilə yoxlama oyunlarına dəvət aldığı qeyd edilib. 28 yaşlı futbolçu martın 18-də, “Boluspor”la görüşdən sonra Bakıya gələrək, millinin düşərgəsinə qoşulacaq. 


Millimiz martın 23-də Bakıda Belarusla, 4 gün sonra Antalyada Makedoniya ilə yoxlama görüşlərində qüvvəsini sınayacaq.


2011-ci ildən millimizin üzvü olan Ufuk, 17 görüşdə yığmamızın şərəfini qoruyub. O, sonuncu dəfə 2016-cı il mayın 26-da keçirilmiş Andorra ilə yoxlama oyununda (0:0) millimizin formasını geyinib.

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB