TOP 10

Yuri Maksimov “Keşlə”ni tərk etməyəcək - EKSKLÜZİV

Futbol
Tarix: 2018-03-09 22:54

Topaz Premyer Liqasının 19-cu turunda səfərdə “Neftçi”yə 2:3 hesabıyla uduzan “Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyundan sonra keçirilən mətbuat konfransında mümkün istefasına işarə vuran açıqlamalar verdi. Sport24.az xəbər verir ki, o, “Ola bilsin ki, bu, sonuncu oyunum idi” deyib, hamıyla vidalaşmağı da unutmadı.


Lakin əldə etdiyimiz məlumata görə, Yuri Maksimov postunda qalacaq. Ukraynalı mütəxəssis son dəqiqələrdə buraxdıqları qola və məğlubiyyəti həzm edə bilmədiklərinə görə emosiyaya qapılaraq elə bir açıqlama verib. Komandanı qarşıdakı oyunlara yenə Maksimov hazırlaşdıracaq.
 

17 Iyun 2018
16 Iyun 2018
B.eÇ.aÇC.aCŞB