TOP 10

Rza Çalımbay Sport24.az-a Şeydayev haqda danışdı: “Ramil yayda “Trabzonspor”a dönəcək”

Futbol
Tarix: 2018-03-10 10:00

Xəbər verdiyimiz kimi, Türkiyənin “Trabzonspor” klubuna UEFA tərəfindən transfer qadağası qoyulub. Belə ki, klub yay “transfer pəncərəsi”ndə heyəti gücləndirə bilməyəcək. 


Bu vəziyyətdə müqavilə ilə Qaradəniz təmsilçisinə məxsus olan, icarə əsasında “Qarabağ”da çıxış edən Azərbaycan millisinin üzvü Ramil Şeydayevin Super Liqa klubuna dönmək şansı yaranacaq. 


Bununla bağlı “Trabzonspor”un baş məşqçisi Rza Çalımbay Sport24.az-a açıqlama verib. O, Ramilin Trabzon klubuna dönmək şansının olduğunu bildirib: “Əlbəttə, Ramil mövsümün sonunda bizim komandaya dönəcək. Çünki müqavilə ilə bu klub məxsusdu. Oynamasına gəlincə, bunu indidən deyə bilmərəm. Komandada yaxşı məşq edib özünü göstərə bilsə, növbəti mövsüm üçün heyətdə qalacaq”. 


Çalımbay Ramilin yenidən icarəyə verilmə şanslarını isə belə dəyərləndirib: “Bu barədə hələ ki, danışacağıq. Vəziyyətə baxacağıq”. 


“Ramil Şeydayevi “Qarabağ”da izlədinizmi” sualına təcrübəli mütəxəssis belə cavab verib: “Hər zaman diqqətimizdədi”.

 

Baş məşqçi komandadan heç bir futbolçunun göndərilməyəcəyini bildirib: "Transfer cəzasına görə heç bir futbolçu burdan getməyəcək"

 

MEHMAN SÜLEYMANOV

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB