TOP 10

Bir...

Futbol
Tarix: 2018-03-09 11:34

09 mart 2017-ci il. Düz bir il əvvəl Sport24.az saytı oxucuların ixtiyarına verildi. Bu tarixdən bir neçə ay əvvəldən hazırlıqlara start verilsə də, məhz 9 mart bizim üçün əlamətdar oldu. “PFL jurnalistlərlə həmrəy oldu” yazısı kiçik kollektivimiz üçün debüt materialı idi. Qarşımıza yüksək hədəflər qoysaq da, bilirdik ki, “Moskva bir günə tikilməyib”. Addım-addım irəlilədik. Necə alındı? Bizim buna qiymət verməyimiz təbii ki, düzgün olmaz.

 

Bəli, 1 il ərzində bir neçə rubrikayla oxuculara fərqli məhsullar təqdim etdik. Bəli, PFL-in “Bölgələrə səfər” yarışmalarının hamısında mükafatçılar sırasına düşdük. Bəli, AİJA-nın versiyasına görə “2017-ci ilin İdman saytı” seçildik. Bəli,Topaz Premyer Liqasının bütün oyunlarını stadionlardan işıqlandırdıq. Bəli, ilk addımda 4 idiksə, 1 il ərzində sıralarımızı 2 dəfə artırdıq və hazırda 8 nəfərdən ibarət kollektivimiz var. Kimisi tez qoşulub, kimisi yenicə. Ancaq bu uşaqların hər birinin böyüməyimizdə zəhməti oldu. Kimisə ayırmaq, kimisə xüsusi qeyd etmək? Edək. “Alay oğlu” – Əkbər Ağazadə. Çox gəncdi, bir qədər tənbəl, ağırdı. Ancaq neyləyə bilərik, “alay oğlumuz”du axı...

 

Arxaya boylananda, utanmırıq. Hər halda, debüt ilimizə “uğursuz” damğası vurulmayacağına əminik. Ancaq dünən dünəndə qaldı. İndi sabaha boylanmaq lazımdı. Qarşıda bizi yeni hədəflər uğrunda mübarizə gözləyir. İki yaşımıza çatanadək rus versiyası ilə də görüşünüzə gəlməyi arzulayırıq. Bu, oxucu coğrafiyamızı genişləndirmək, Azərbaycan idmanını ölkəmizdən kənarda da təbliğ etmək baxımından olduqca önəmlidi. Ən azından MDB məkanını əhatə etmək də özlüyündə kiçik həcm deyil. 

 

Bacaracağıqmı? 

 

Sirr deyil ki, hər bir layihənin “uğur çubuğu” maliyyə dayaqlarıdı. Sport24.az əksər saytlar kimi sponsorsuz fəaliyyət göstərir. Belədə, daha bir yükün altına girmək olduqca müşkül məsələdi. Ancaq xatırladıqda ki, doğma dilimizdəki versiyamıza da qara qəpiksiz başlamışdıq... Türklər demiş, “nədən olmasın”?

 

CEYHUN ƏLİYEV

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB