TOP 10

Əsgər Abdullayev bölgə klublarına oyunçu axınının azlığından gileylidi: "Hətta rəqibin futbolçusu yerdə olanda yetirmələrimə deyirəm ki, topu çıxarın, amma..."

Futbol
Tarix: 2018-03-09 09:00

Ötən ilin çempionu olan "Turan Tovuz"  bu mövsüm qeyri-sabit çıxış edir. Təsadüfi deyil ki, Əsgər Abdullayevin komandası cari çempionatda ortabablardan sayılır. I Diviizonda 10 komanda arasında 6-cı olan Tovuz klubu hesabat turunda lider "Qaradağ Lökbatan"a qalib gəldi - 3:1. Oyundan sonra təcrübəli mütəxəssis sport24.az saytının suallarını cavablandırıb:

- Matçın çətin keçəcəyini bilirdik. Liderə qarşı oynayırdıq, hansı ki, son 2 turu məğlub başa vurmuşdular və oyuna istəkli, ciddi hazırlaşacaqlarını proqnozlaşdırmışdıq. Meydanda da istəkli idilər. Biz də özümüzü təsdiqləmək istəyirdik. Allahın köməkliyi ilə bunu bacardıq. Oyunu əks-hücumlar üzərində qurmuşduq ki, bu da öz bəhrəsini verdi. Futbolçularımı təbrik edirəm. Rəqibə isə uğurlar arzulayıram.

 

- İlk hissədə "Qaradağ" daha üstün idi, amma 2-ci hissədə əvəzetmələrlə oyuna müdaxilə edə bildiniz və bu müdaxilələr komandaya qələbə gətirdi.. İkinci hissədə həlledici nə oldu?

- Müəyyən qərarlar aldıq və bu da öz nəticəsini verdi. Futbolçularımıza rəqibin qələbə üçün meydana çıxacağını və bunun üçün də müəyyən boşluqlar verəcəyini, eləcə də bu boşluqlardan faydalanmağı olmağımızı vurğulamışdım. Hər şey düşündüyümüz kimi də oldu, onları əks-hücumda yaxalayb qələbə qazandıq.

 

- Ötən tur "Binə"yə, bu dəfə də "Qaradağ Lökbatan"a qalib gəldiniz. Premyer Liqa şanslarınızı necə qiymətləndirirsiz?

- Belə bir şey deyim. Bakı klubları çox olduğundan bölgə klublarına futbolçu axını azdı. Gördüyünüz kimi, digər rəqiblərin əvəzetmələrində 1996-ci il doğumlu futbolçular oynadığı halda, bizdə 2000-ci il təvəllüdlü uşaqlar da var. Düzdü, istədiyimiz oyunçuları götürə bilmədik, amma kollektiv şəkildə komanda qura bilmişik və çalışırıq ki, özümüzü daha da yaxşı tərəfdən göstərək.

 

- Vurduğunuz 3-cü qol rəqib komandanın etirazına səbəb oldu. Sizcə, oyun saxlanılmalı idimi?

- Epizod qoldan sonra oldusa, ona bir şey deyə bilmərəm. Qaldı ki, yerdə qalan futbolçu olanda oyunun dayandırılmasına etiraz etmirəm. Hamımız futbolçu olmuşuq. Düzdü, rəqib olsaq da, lazımi vəziyyətlərdə bir-birimizi qorumalıyıq. Hətta rəqibin futbolçusu yerdə olanda yetirmələrimə deyirəm ki, topu çıxarın, amma qol qaydalar çərçivəsində vurulmuşdu. Fikrimcə, epizod qoldan sonra baş verdi.

 

ƏKBƏR AĞAZADƏ

17 Iyun 2018
16 Iyun 2018
B.eÇ.aÇC.aCŞB