TOP 10

“Qaradağ Lökbatan” yenə uduzdu: Bu dəfə çempiona

Futbol
Tarix: 2018-03-08 17:33

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 17-ci tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.


Lider “Qaradağ Lökbatan” doğma meydanda son çempion “Turan Tovuz”la qarşılaşıb. Son iki turda məğlubiyyətlə üzləşən lökbatanlılar bu dəfə də meydanı xalsız tərk ediblər.


Autsayder “Zaqatala” da evdə “Xəzər”ə uduzub. “Binə” isə “Ağsu”nu məğlub yola salıb.


Birinci Divizion
17-ci tur

8 mart (cümə axşamı)


“Zaqatala” – “Xəzər” 1:2
Qol: Elvin Həsənov, 11 – Bəxtiyar Soltanov, 15. Tural Qürbətov, 86.
Qırmızı vərəqə: Sahil Zeynalov, 90+2.
Hakimlər: Rəhim Həsənov, Eyyub İbrahimov, Pərvin Talıbov, Namiq Bəkirov.
Zaqatala şəhər stadionu.


“Qaradağ Lökbatan” – “Turan Tovuz” 1:3
Qol: Sabir Allahquliyev, 71-pen – İlkin Rzayev, 54; 80. Ziyabil Məmmədov, 58.
Hakimlər: Ömər Paşayev, Cəmil Quliyev, Elman Kərimov, Xəlil Xəlilov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.


“Binə” - “Ağsu” 1:0
Qol: Sərxan Ağayev, 10.
Hakimlər: Ramil Əhmədov, Elşad Abdullayev, Vüsal Qənbərov, Kərim Kərimov.
Binə qəsəbə stadionu.


Turun qalan iki oyunu sabah keçiriləcək: "Sabah" - MOİK, "Şüvəlan" - "Mil-Muğan".
 

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB