TOP 10

Azərbaycan - Makedoniya matçı 1 saat tez başlayacaq

Futbol
Tarix: 2018-03-07 17:14

Xəbər verdiyimiz kimi, martın 27-də Türkiyənin Antalya şəhərində Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, “Mardan” stadionunda keçiriləcək qarşılaşmanın vaxtı dəyişdirilib. 


AFFA-nın yaydığı son məlumata görə, qarşılaşma, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.


Xatırladaq ki, daha öncə oyunun yerli vaxtla saat 20:00-da başlanması nəzərdə tutulmuşdu.
 

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB