TOP 10

AFFA prezidenti keçmiş hakimimizin yubileyini təbrik etdi

Futbol
Tarix: 2018-03-07 12:30

AFFA-nın Hesabat Konfransı başa çatdıqdan sonra qurumun İcraiyyə Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov da qurumun iclasına qatılıb.
 

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev nə konfransda, nə də İK-da iştirak edib. Bu da qurum rəhbərinin şəxsi işləri ilə əlaqədar ölkə xaricində olmasıyla bağlıdı. 


AFFA prezidenti Rövnəq Abdullayevin sədrlik etdiyi iclasda İK üzvlərinin hamısı iştirak edib. Konfransa qatılan FİFA və UEFA nümayəndələri də toplantıda iştirak edir. 


İclasın əvvəlində Abdullayev 70 yaşı tamamlanan Ümumittifaq dərəcəli keçmiş hakim, futbol veteranımız Rüstəm Rəhimovu 70 yaşı münasibətilə təbrik edib, xatirə hədiyyəsi təqdim edib. Toplantı daha sonra qapalı formatda keçirilib.
 

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB