TOP 10

Gimnastlarımız vətənə 4 medalla qayıtdı

Gimnastika
Tarix: 2018-03-06 16:16

Bədii gimnastika üzrə millimizin üzvləri Riqada (Latviya) baş tutan iki beynəlxalq yarışda iştirak ediblər. Sport24.az xəbər verir ki, 2018-ci ilə yetəri qədər uğurlu başlayan bədii gimnastlarımız bu turnirlərdə də fərqlənməyi bacarıblar.

Belə ki, komandamızın hesabına ilk medalı “Riga Spring” adlı turnirdə gənclər arasında çıxış edən gimnastımız Dərya Farşbafşəhriyari yazdırıb. Halqa ilə icra etdiyi kompoziyaya görə 14.550 xal alan idmançımız fəxri kürsünün 3-cü pilləsində qərar tutub. Dəryanın növbəti çıxışı isə ona gümüş medal qazandırıb. İdmançımızın topla çıxışının 15.550 xalla dəyərləndirilməsi onu yalnız Ukrayna gimnastından geri salıb.


Bunlarla kifəyətlənməyən Dərya, komanda yoldaşı Arzu Cəlilova ilə birgə komanda yarışlarında da medal qazanıb. Bu dəfə qızlarımız fərdi proqramda çıxışlarının ümumi nəticələrinə əsasən bürünc medala layiq görülüblər.


Millimizin üzvləri eyni şəhərdə təşkil olunan “Baltic Hoop” yarışında da çıxış ediblər. Bu turnirdə böyüklər arasında ölkəmizi təmsil edən Zöhrə Ağamirova gürzlərlə çıxışına görə gümüş medal qazanıb. Digər gimnastımız Veronika Hudis isə ən yaxşı nəticəsini halqa ilə göstərək 6-cı olub.

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB