TOP 10

Antalya Qran Pri-sində ilk gün: Nəzakət Əzizova bürünc medal qazandı - YENİLƏNİB

Cüdo
Tarix: 0000-00-00 00:00

Nəzakət Əzizova görüşdə əvvəlcə "vazari" xalı ilə önə keçib. Son dəqiqədə rəqibi "osae-kome"yə salan təmsilçimiz "ippon" xalı ilə qalib olub. 

Beləliklə, komandamızın ilk gündən qazancı bir bürünc medal olub.

***

Aişə Qurbanlı rəqibinə "ippon"la uduzaraq, turniri beşinci sırada tamamlayıb.

***

Əzizova da bürünc medal görüşünə vəsiqə əldə edib. türkiyəli Damla Çalışkanı "ippon"la keçən təmsilçimizi burada daha bir Türkiyə cüdoçusu Merve Taş gözləyir.

***

Aişə rəqibini "ippon"la keçərək, həlledici bürünc görüşünə adlayıb. Burada onu rusiyalı Sabina Qiliazova gözləyir.

***

Əzizova da rəqibinə bir "vazari" ilə yenilib. Təsəlliverici mərhələdə mübarizə aparacaq cüdoçumuzun ilk rəqibi Özbəkistan və Türkiyə cüdoçularının görüşünün məğlubu olacaq.

***

2 "vazari" ilə geri düşən Aişə Qurbanlı sonradan "ippon"a da düşüb. Bununla da cüdoçumuz qızıl medal şansını əldən verib. O, təsəlliverici mərhələdə mübarizə aparacaq ki, ilk rəqib kosovalı Fjola Kelmendidi.

Babazadə ikinci görüşdə bir "vazari" xalı ilə uduzaraq, turnirlə vidalaşıb.

***

57 kq-dakı hər iki təmsilçimiz ilk görüşləri məğlub tamamlayıb. Hacıyeva "ippon"la, Şahin isə əlavə vaxtda xəbərdarlıqla uduzub.

***

52 kq-da mübarizə aparan Nəzakət Əzizova da ilk görüşünü qalib tamamlayıb. İrəm Qorxmazı "vazari" ilə keçən Əzizovanı 1/4 finalda 2016 Bakı "Böyük Dəbilqə"sinin qalibi israilli Gill Kohen gözləyir.

***

Qadınların 48 kq çəki dərəcəsində mübarizə aparan cüdoçularımızdan biri mübarizəni dayandırıb. Gültac Məmmədəliyeva üç xəbərdarlıqla məğlub olub. Aişə Qurbanlı isə iki "vazari" xalı ilə 1/4 finala vəsiqə qazanıb. Onu bu mərhələdə İsraildən Noa Minsker gözləyir.

***

66 kq-da mübarizə aparan digər təmsilçimiz İlkin Babazadə rəqibini "vazari" ilə üstələyərək, 1/8 finala adlayıb. Onu bu mərhələdə moldovalı Denis Vieru gözləyir.

***

66 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Vüqar Şirinli ilk görüşdə "ippon"la uduzaraq, turnirlə vidalaşıb.

***

Aprelin 7-də cüdo üzrə "Dünya Turu" seriyasından olan Antalya Qran Pri-si start götürür.Sport24.az xəbər verir ki, ilk gündə kişilərdə 2, qadınlarda isə 3 çəki dərəcəsində qaliblər müəyyənləşək.

Azərbaycanın 6 cüdoçusu da bu gün mübarizə aparacaq.

Kişilər 

66 kq

1/16 final - Vüqar Şirinli - Sardor Nurullayev(Özbəkistan)

1/16 final - İlkin Babazadə - Petar Zadro(Bosniya və Hersoqovina)

Qadınlar

1/8 final - Gültac Məmmədəliyeva - Mariya Siderot(Portuqaliya)

1/8 final - Aişə Qurbanlı - Çen Qiao(Çin)

52 kq

1/8 final - Nəzakət Əzizova - İrəm Korkmaz(Türkiyə)

57 kq

1/8 final - Leyla Şahin - Aygul Kutsenko(Rusiya)

1/8 final - Nərgiz Hacıyeva - Sanubar Sultanova(Özbəkistan)

CBCsport
29 Mart 2020
28 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL