TOP 10

Kimdi yalançı? Yunis Hüseynovun ittihamlarına cavab

Futbol
Tarix: 2018-03-01 11:21

-    Hə, bilirsiniz, o, kimdi?
-    Kim?

-    Qızın öz dayısı. Məşədini çox istədiyindən, onunla zarafat eləyib...


Yəqin xatırladınız. “O olmasın, bu olsun” filmində Rüstəm bəyin Məşədi İbad və fırıldaqçı dostlarını fırlatdığı səhnəni görməmiş olmazsınız. Bəlkə gənc nəsildən  Üzeyir Hacıbəyovun ölməz əsərindən bixəbər kimsə ola. Ancaq əminəm ki, düz 1 ay əvvəl 53 yaşını qeyd etmiş Yunis Hüseynov gəncliyimizin sevimli filminə dəfələrlə baxıb və bu səhnəni yaxşı xatırlayır...

 

“Kəpəz”in futbolçuları Şadon Vinçester və Samir Zərgərov arasında münaqişə yaşanması barədə ilk olaraq, Sport24.az yazdı. Əvvəlcə Zərgərov və baş məşqçi Yunis Hüseynova tribuna verməyi də unutmadıq - https://sport24.az/news/11864. Maraqlıdı ki, nə çalışdırıcı, nə də futbolçu belə bir halın yaşanması haqda kəlimə də kəsmədi. Olsun. Biz daha bir yazı dərc etdik: Şadon Vinçesterə tribuna verməklə - https://sport24.az/news/11865. Trinidad və tobaqolu forvard da “açdı sandığı, tökdü pambığı”. Düşünmək olardı, Şadonun “Zərgərov mənə hücum etdi”, “məni məşqə buraxmırlar” ifadələrindən sonra Yunis Hüseynov “susmaq qızıldı” məsəlindən istifadə edib “bu haqda danışmaq istəmirəm” deyəcək. Ancaq etmədi, əksinə, ölkə mətbuatına verdiyi açıqlamalarda bizi yalan danışmaqda ittiham etdi: “Onu məşqə buraxmamağımla bağlı yazılan xəbərlər doğru deyil”. Elə sağa-sola “futbolçu qızdırmalıdı, onu necə meydana buraxa bilərik” tipli açıqlamaları ilə də Sport24.az-ın “bostanına daş atdı”. Daha sonra Vinçesterin adından da açıqlama gəldi ki, guya biz onun dediklərini doğru anlamamışıq. 

 

Ok, cənab Hüseynov. Ancaq bir məqamda biz də səhvə yol vermişik. Məsələnin şişməməsi üçün Vinçesterin bizə dediklərinin müəyyən hissəsini futbol ictimaiyyətinə açıqlamamışdıq. Ki, Yunis Hüseynovun yalanını üzə çıxarmayaq. Bir halda ki, Sport24.az-ı yalançı çıxarmaq istədiniz, futbolçunuzun bizə dediklərini, lakin ictimailəşdirmədiyimiz hissəsini də dərc edirik. Oxuyun, feyziyab olun.

 

 

Bəli, Yunis müəllim, işıq üzü görməyən hissədə yalanınız aşkar üzə çıxır: “...Sonra da məşqçi gedib deyir ki, soyuqdəyməm olduğu üçün meydana buraxılmamışam”.

 

Hüseynovun yaşına, futbolçu karyerasına, şəxsi hörmətimizə görə “Kəpəz” hadisələrinə bir qədər loyal yanaşmışdıq. Sonuncu pillədə qərarlaşan komandada “suları bulandırmaq”, əlavə gərginlik yaratmaq niyyəti güdmürdük. Komandanın bütün (!!!) ev və səfər oyunlarını stadiondan işıqlandıran yeganə mətbu orqanı da məhz Sport24.az olub, Yunis müəllim. Biz vəzifə borcumuzu yerinə yetirmişik, hətta müəyyən mənada səhvə də yol vermişik ki, Vinçesterin barənizdə dediyini tam həcmdə dərhal ictimailəşdirməmişdik. Yekun olaraq isə qoy, oxucular, Gəncə futbolunun sadiq azarkeşləri və ümumiyyətlə, futbol ictimaiyyəti qiymət versin, yalan danışan kimdi?!  

 

P.S. “Rüstəm bəy” deyə bilər e, Vinçester qızdırmalıdı, ancaq biz XIX əsrdəki “qəhrəmanlar” deyilik, Yunis bəy.  

 

CEYHUN ƏLİYEV
 

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB